Bu gün yerli vaxtla səhər saat 06.00 radələrində Rusiyanın Zelenoqrad şəhərində kafedə atəş açılıb.
Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hadisəyə səbəb iki şəxs arasında şəxsi münaqişə olub.
Ermənistan əsilli 27 yaşlı şəxs mübahisə etdiyi şəxsə tapançadan iki dəfə atəş açaraq onu yaralayıb. Hadisə yerindən qaçan şübhəli şəxs bir neçə dəqiqə sonra saxlanılıb.
Yaralanan şəxsə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirib.
Modern.az