Modern.az

Xətaidə taxta tikili və avtomobil yanıb

Xətaidə taxta tikili və avtomobil yanıb

23 Aprel 2017, 18:09

Bu gün Bakı şəhəri, Xətai rayonunda sahibi məlum olmayan ümumi sahəsi 50 m2 olan taxta konstruksiyadan ibarət tikilinin yanar konstruksiyaları və yaxınlıqda dayanmış vətəndaşa məxsus “TOYOTA” markalı minik avtomobilinin ön hissəsi yanıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 14:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır