Modern.az

Türkiyənin Draft Education şirkətinin nümayəndələri ADU-da olub

Türkiyənin Draft Education şirkətinin nümayəndələri ADU-da olub

Aktual

24 Aprel 2017, 10:57

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Türkiyənin Draft Education şirkətinin nümayəndələrini qəbul edib.

 

 

Modern.az xəbər verir ki, Qonaqları salamlayan professor Ə. Abdullayev onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Universitetin tarixi, tədris prosesi, beynəlxalq əlaqələri haqqında danışan professor ADU-nun nüfuzlu ali təhsil müəssisələrindən biri olduğunu qeyd edib. O, Azərbaycan və Türkiyənin qardaş ölkələr olduğunu söyləyib və təhsil sahəsində əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulayıb. Professor qonaqlara universitetin tədris imkanları haqqında da məlumat verib.

Səmimi qəbula görə təşəkkür edən Draft Education şirkətinin İstanbul nümayəndəliyinin təmsilçisi Mustafa Süzmətaş universitetdə olmaqdan məmnunluğunu bildirib. Təmsil etdiyi şirkət haqqında söz açan M.Süzmətaş 14 ölkəyə tələbə göndərdikləri barədə danışıb. M.Süzmətaş şirkətin İstanbul, İzmir və Ankarada nümayəndəliklərinin olduğunu qeyd edib. O, tələbələrin Azərbaycanı seçməsinin bir sıra üstünlüklərinin olduğunu xüsusi vurğulayıb.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, tələbə mübadiləsi haqqında müzakirələr aparılıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır