Modern.az

2-ci SOCAR Beynəlxalq Forumu başlayıb

2-ci SOCAR Beynəlxalq Forumu başlayıb

Aktual

25 Aprel 2017, 11:50

Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” Forumu işə başlayıb.

 

 

Modern.az xəbər verir ki, açılış mərasimindən öncə Forumun iştirakçıları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, heykəli önünə əklil və gül dəstələri qoyublar. Forumun ilk iclasını açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Forumun müasir Azərbaycanın banisi və neft strategiyasının təşəbbüskarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmasının Ulu Öndərin şəxsiyyətinə və fəaliyyətinə hörmət və ehtiramın təzahürü olduğunu bildirib, Forum iştirakçılarını və qonaqları salamlayaraq tədbirin müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər arasında işgüzar əlaqələr yaradılmasına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən neft strategiyasının uğurlarının təbliği üçün səmərəli platforma olacağını vurğulayıb. Forumun açılış mərasimində iştirakçılara müraciət edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğunda və yanacaq-enerji kompleksinin inkişafında əvəzsiz rolu olduğunu qeyd edib, neft strategiyasının uğurlarından bəhs edərək Forumun işinə uğurlar diləyib. Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyevin hazırkı dövrdə dünyanın enerji xəritəsi, Azərbaycanın enerji siyasətinin uğurları və perspektivləri haqqında məlumat verib, Ulu öndər Heydər Əliyevlə Azərbaycanın neft strategiyasının reallaşdırılmasında iştirak etdiyindən qürur hissi keçirdiyini bildirərək, O, Prezident İlham Əliyevin rəhbərliyi altında logistika, neft emalı və neft-kimya sahələrində həyata keçirilən möhtəşəm layihələrin perspektivlərini açıqlayıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır