Modern.az

AŞPA sədri istefaya RAZILAŞDI

AŞPA sədri istefaya RAZILAŞDI

Dünya

26 Aprel 2017, 00:57

“Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt vəzifəsindən o şərtlə getməyə razıdır ki, İspaniya kralı VI Filippin aprelin 27-də plenar toplantıda çıxışı zamanı prezident kürsüsündə qala bilsin. O, yalnız İspaniya kralının assambleyaya səfərindən sonra istefası barədə elan edəcək. O, səlahiyyətlərinin təhvil verilməsi ilə bağlı bəyanatı isə may ayının 9-da verəcək”. Modern.az xəbər verir ki, bu məlumatı öz mənbələrinə istinadən “Avropa həqiqəti” nəşri yayıb.

Nəşrin yazdığına görə, istefanın sxemi belə olacaq: “Aqramunt sessiya zalında nə çərşənbə, nə cümə axşamı, nə də cümə günü görünməyəcək, yalnız kralı zala müşayiət edəcəyi və onun 1 saatlıq çıxışı zamanı rəyasət heyətindəki yerindən çıxışı dinləyəcəyi vaxt istisna olmaqla”.

Bundan sonra o, kralı vətəninə yola salacaq, sessiya bağlı elan edildikdən sonra isə Büronun iclasına gələrək rəsmən istefa etdiyini bildirəcək. Bunun birlikdə, istefa hələ 3 ay rəsmiləşdirilməyəcək.

Nəşr yazır ki, vəzifəsindən getməsi ilə bağlı yazılı ərizəsini Aqramunt özü ilə birlikdə mayın 29-da Praqada keçiriləcək prezident komitəsi ilə AŞPA Bürosunun görüşünə gətirəcək.

Qeyd edək ki, bu ilin martında Aqramunt Rusiya nümayəndə heyətinin tərkibində Suriyaya səfər edib. AŞPA sədri Suriya prezidenti Bəşər Əsədlə görüşüb. AŞPA üzvləri görüş faktını qınayıblar və xüsusi dinləmələr təyin ediblər. Ukrayna isə Aqramuntun istefasını tələb edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır