Modern.az

Türkiyə Qafqaz Turizm sərgisinə xüsusi hazırlaşıb

Türkiyə Qafqaz Turizm sərgisinə xüsusi hazırlaşıb

26 Aprel 2017, 17:45

Aprelin 27-dən 29-dək Gürcüstanda 19-cu Qafqaz Turizm Sərgisi (Ekspo Georgia 2017) keçiriləcək. İştirakçı ölkələrdən olan Türkiyə sərgiyə mühüm yeniliklərlə gəlir.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və turizm müşavirliyindən Modern.az-a verilən məlumata görə,  Türkiyə qonşu Gürcüstanda öz turizm potensialını daha dolğun və cəlbedici tanıtmaq məqsədilə sərgidə milli mədəniyyət və incəsənətindən nümunələr təqdim edəcək.

 

Sərgidə Türkiyə stendini ziyarət edənlər ənənəvi üsulla hazırlanan türk qəhvəsi ilə lokum, paxlava kimi dadlı təamlara qonaq ediləcək.

 

Eyni zamanda, ziyarətçilər təsbeh ustaları tərəfindən əl işlərinin hazırlanması ilə yaxından tanış olacaqlar. Bunun üçün xüsusi olaraq Yılmaz Eneş, təsbeh ustası Hüseyn Çelik, çini ustası Zərifə Məmmədova, ipək toxuma ustası Sevgi Yüksel Uzunöz sərgiyə dəvət olunub.

 

Bundan başqa sərgi ərzində Türkiyənin məşhur musiqi sənətçiləri Müzəffər Özdemir və Birol Topaloğlunun ifasında hər gün canlı musiqi proqramları təqdim olunacaq. Həmçinin, Türkiyə ziyarətçilər arasında “Şans qutusu” lotereya oyunu keçirəcək. Sərginin sonuncu günündə baş tutacaq çəkilişdə qutudan adı çıxan 2 nəfərə Tiflis-İstanbul aviabileti hədiyyə olunacaq. Habelə, Türkiyə Hava Yollarının xüsusi qonağı kimi sərgidə iştirak edəcək məşhur kino və teatr aktyoru Mehmet Usta Türkiyə stendində sevənləri ilə görüşəcək.

 

Qeyd edək ki, sərgi çərçivəsində Türkiyə ilə Gürcüstanın turizm təşkilatı və şirkətləri arasında işgüzar görüş keçirilməsi planlaşdırılıb.

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır