Lənkəranda baş verən ağır yol qəzasında ölənlərdən birinin kimliyi məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, bu, Lənkəran rayonu Gərmətük qəsəbə sakini 1991-ci il təvəllüdlü Şükürov Anar Şükür oğludur.
A.Şükürovun “Mercedes”-də olduğu deyilir. Hadisə nəticəsində ölən digər şəxsin kimliyi müəyyənləşdirilir.
Yaralılar isə ”Lada Priora”-nın sürücüsü və sərnişinləri, Lənkəranın Gərmətük qəsəbə sakinləri, 1993-cü il təvəllüdlü Məcidov Mustafa Məcid oğlu,1994-cü il təvəllüdlü Ağayev Vuqar, Mikayıl oğlu və 1991-ci il təvəllüdlü Rüstəmov Mahir Mayis oğludur.
Onlardan ikisinin vəziyyətinin orta ağır olduğu bildirilir.
23:59
Lənkəranda baş verən yol qəzasında ölənlərin sayı 2-yə, yaralıların isə 3-ə çatıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəranın Velədi kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil əvvəl ”Lada Priora”, daha sonra isə İran vətəndaşına məxsus yük maşını ilə toqquşub.
Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir. Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.
Modern.az