Modern.az

Avropa ABŞ-ı Rusiyanın ayağına verir

Avropa ABŞ-ı Rusiyanın ayağına verir

9 May 2017, 09:50

Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar Rusiyanın neft sahəsinə böyük təsir göstərmir. Bu iqtisadi sanksiyalardan ən çox Amerika şirkətləri əziyyət çəkir.

 

Modern.az-ın məlumatına görə, bu haqda nüfuzlu “The Wall Street Journal” nəşri yazıb. Qeyd olunub ki, bu sanksiyaların icra edilməməsi Avropa üçün də böyük maneə deyil.

 

Bildirilib ki, Avropa ölkələri ABŞ-dan fərqli olaraq sanksiya rejiminə ciddi şəkildə əməl etmir.

 

Qəzet nümunə üçün “Rosneft”in səhmlərinin 19.75 fazinə sahib olan BP-nin adını çəkib. Qeyd olunub ki, Böyük Britaniya nəhəngi BP ötən il “Rosneft”dəki payı hesabına 590 milyon dollar gəlir əldə edib.

 

Həmçinin İtaliyanın “Eni” şirkəti də “Rosneft”lə birgə Qara dəniz şelfində birgə qazma işlərinə hazırlaşır.

 

Norveçin “Stateoil” və Britaniyanın “Royal Dutch Shell”, Fransanın “Total” şirkətlərinin də Rusiya ilə energetika sahəsində isti münasibətləri olduğu bildirilib.  

 

Nəşr bu qənaətə gəlib ki, mövcud sanksiyalar o qədər də işlək deyil.

 

Aqşin KƏRİMOV

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır