20 avqust 2017, Bazar
Ana Səhifə - QARABAĞ - Atəşkəsin 23 ili - Bişkek Protokolunu labüd edən SƏBƏBLƏR
Atəşkəsin 23 ili - Bişkek Protokolunu labüd edən SƏBƏBLƏR
12.05.2017, 08:51

1994-cü il mayın 12-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Rusiyanın vasitəçiliyilə Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi imzalanıb. Üzərindən 23 il keçsə də, müqavilə bu illər ərzində qüvvəsini saxlayır və nə Yerevan, nə də Bakı Bişkek Protokolundan imtina etdiyini rəsmən dilə gətirib.

 

1994-cü ilin mayında atəşkəsin imzalanmasına ehtiyacın olub-olmaması barədə diskussiyalar bu gün də davam edir. Lakin əksər hərbi ekspertlər hesab edir ki, Bişkek protokolunun imzalanması zəruri idi və tərəflərin hücum potensialı tamamilə tükənmişdi. Bundan başqa, 1992-ci illə müqayisədə xeyli müasir silahın əldə olunması, təmas xəttində canlı qüvvənin artırılması uğurlu hücum əməliyyatları aparmağa imkan vermirdi.

Qarabağ müharibəsində sonuncu uğurlu döyüş əməliyyatı 1994-cü ilin yanvarında Azərbaycan ordusu tərəfindən Horadiz-Füzuli istiqamətində həyata keçirilmişdi.

 

Bu mənada 1994-cü ilin may ayı üçün hər iki ordunun gücü tükənmişdi və müharibədə uzunmüddətli fasilənin yaranmasına ehtiyac var idi.

 

1994-cü il hadisələrində yaxından iştirak etmiş siyasətçi, o zamanlar prezident Heydər Əliyevin köməkçisi olan Eldar Namazovun fikirləri də məhz atəşkəsdən yanadır. Siyasətçiyə görə, atəşkəsi qaçınılmaz edən Rusiyanın Ermənistana yeni silahlar verməsi idi.

 

“O vaxt ermənilər çalışırdılar ki, Tərtər və Bərdə istiqamətində güclü hücumlar təşkil etsinlər. Amma Azərbaycan ordusu bu hücumların qarşısını dəf edirdi. Ermənilərin arasında çox böyük itkilər var idi. Mən xatırlayıram ki, o dövrdə mərhum eks-prezident Heydər Əliyev bir neçə dəfə hərbçilərlə iclas keçirdi. O, atəşkəsə münasibətlə bağlı mövqeləri öyrənirdi. Həmin iclaslarda mən də iştirak edirdim.

 

Atəşkəsə imza atmağın yeganə səbəbi o idi ki, Rusiya Gürcüstan ərazisində yerləşən hərbi hissələrdən Dağlıq Qarabağdakı separatçılara daim yeni silahlar göndərirdi. Azərbaycan ordusu hər cür hücumu dəf edirdi, amma o hücumların arxasında yeni silahlar, tanklar gəlirdi. 

 

Elə oldu ki, bu hücumların arxasında təkcə Ermənistanın dayanmadığı bilindi. Məlum oldu ki, onlara himayədarlıq edən ölkə Rusiyadır. Ona görə də, atəşkəsə imza atmaq artıq qaçılmaz idi”.

 

Digər tərəfdən. Bişkek protokolu Azərbaycana müharibə sonrası iqtisadiyyatı inkişaf etdirməyə, ölkənin xüsusən neft-qaz sektoruna investisiyalar cəlb etməyə imkan yaratdı. Bunun sayəsində atəşkəsdən keçən 23 il ərzində Azərbaycan regionda qüvvələr balansını uğurla dəyişə bildi və Ermənistan üzərində bütün hərbi sahələr üzrə üstünlüklər qazandı. Bunun daha bir sübutu aprel döyüşləri oldu.

 

Bişkek protokolunun sonsuz davam etməyəcəyi aydındır. Ermənistanın hərbi rəhbərliyi bunu yaxşı anlayır və buna görə danışıqlar prosesini süni yollarla uzatmağa çalışır. Bişkek protokolu müharibəni 23 il ərzində dondursa da, dəyişmiş geosiyasi reallıqlarda bu razılaşma tədricən öz qüvvəsini itirir və Yerevanın qeyri-konstruktiv roluna görə təhlükə altına düşür. Bu isə Cənubi Qafqaz regionunu potensial müharibə riski ilə qarşı-qarşıya qoyur.

 

Vüqar İSMAYILOV

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda avtobus sürücüsünə tapança çəkənin adı məlum oldu - VİDEO
20.08.2017, 00:56

Bakıda avtobus sürücüsünə tapança çəkənin adı məlum oldu - VİDEO

Dahilər qadınlar haqqında:  “Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın”
20.08.2017, 00:44

Dahilər qadınlar haqqında:  “Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın”

Mingəçevirdə sərnişin mikroavtobusu qəzaya uğrayıb
20.08.2017, 00:28

Mingəçevirdə sərnişin mikroavtobusu qəzaya uğrayıb

Barselonada terrorçuluğa qarşı aksiya başlayıb
20.08.2017, 00:15

Barselonada terrorçuluğa qarşı aksiya başlayıb

Türkiyədə 2 İŞİD üzvü saxlanılıb
19.08.2017, 23:58

Türkiyədə 2 İŞİD üzvü saxlanılıb

Sabahdan metronun “Sahil” stansiyası işləməyəcək
19.08.2017, 23:42

Sabahdan metronun “Sahil” stansiyası işləməyəcək

Bəzi ərzaqlar ucuzlaşıb
19.08.2017, 23:17

Bəzi ərzaqlar ucuzlaşıb

19.08.2017, 22:59

"Mülki insanların hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biriyik" - Hikmət Hacıyev

IV Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək
19.08.2017, 22:44

IV Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur
19.08.2017, 22:28

Rusiya paytaxtının dəyişdirilməsi təklif olunur

"Qarabağ" yaşıl meydanı qələbə ilə tərk edib
19.08.2017, 22:10

"Qarabağ" yaşıl meydanı qələbə ilə tərk edib

"Kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artıb" - İlham Əliyev
19.08.2017, 21:56

"Kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artıb" - İlham Əliyev

Bakıda qadının aldığı ev başqasına satılıb - VİDEO
19.08.2017, 21:29

Bakıda qadının aldığı ev başqasına satılıb - VİDEO

ABŞ-ın ən böyük enerji şirkəti satılıb
19.08.2017, 21:11

ABŞ-ın ən böyük enerji şirkəti satılıb

Bu təbii vasitədən sonra POTENSİA ZƏİFLİYİNDƏN ŞİKAYƏTLƏNMƏYƏCƏKSİNİZ
19.08.2017, 20:56

Bu təbii vasitədən sonra POTENSİA ZƏİFLİYİNDƏN ŞİKAYƏTLƏNMƏYƏCƏKSİNİZ

Türk əsilli Almaniya vətəndaşı olan yazıçı həbs edilib
19.08.2017, 20:36

Türk əsilli Almaniya vətəndaşı olan yazıçı həbs edilib

Balakəndə çayda boğulan gəncin meyiti tapılıb
19.08.2017, 20:16

Balakəndə çayda boğulan gəncin meyiti tapılıb

Hindistanda qatar relsdən çıxdı: 10 ölü, 150 yaralı
19.08.2017, 20:02

Hindistanda qatar relsdən çıxdı: 10 ölü, 150 yaralı

Avstraliyada avtomobili kütlənin üzərinə sürüblər: 7 yaralı
19.08.2017, 19:50

Avstraliyada avtomobili kütlənin üzərinə sürüblər: 7 yaralı

Surtqutdakı silahlı hücumu İŞİD edib
19.08.2017, 17:51

Surtqutdakı silahlı hücumu İŞİD edib

Yaponiyada 9 nəfəri ildırım vurub
19.08.2017, 17:43

Yaponiyada 9 nəfəri ildırım vurub

İlham Əliyev Samuxa getdi
19.08.2017, 17:33

İlham Əliyev Samuxa getdi

Ermənistanda ağır qəza – 2 ölü, 7 yaralı
19.08.2017, 17:29

Ermənistanda ağır qəza – 2 ölü, 7 yaralı

Prezident respublika Süni Mayalanma Mərkəzinin açılışında - YENİLƏNİB
19.08.2017, 17:02

Prezident respublika Süni Mayalanma Mərkəzinin açılışında - YENİLƏNİB

Cümhuriyyətə intellektuallıq gətirən ilk “avropalı” ziyalılarımız- “AXC-100”
19.08.2017, 16:39

Cümhuriyyətə intellektuallıq gətirən ilk “avropalı” ziyalılarımız- “AXC-100”

İqtidar-müxalifət görüşü olmayacaq - AÇIQLAMA
19.08.2017, 16:35

İqtidar-müxalifət görüşü olmayacaq - AÇIQLAMA

Çaylarda vəziyyət necədir?
19.08.2017, 16:30

Çaylarda vəziyyət necədir?

Qubada 4 otaqlı ev yandı
19.08.2017, 16:19

Qubada 4 otaqlı ev yandı

Suriyada daha bir terror - ölənlər var
19.08.2017, 16:08

Suriyada daha bir terror - ölənlər var

“Atamın büstü sovet dövründə qoyulub, qızıl suyuna da salınmayıb” - Deputatdan AÇIQLAMA
19.08.2017, 15:45

“Atamın büstü sovet dövründə qoyulub, qızıl suyuna da salınmayıb” - Deputatdan AÇIQLAMA

İsveç 106 yaşlı miqrantı ölkədən çıxarır
19.08.2017, 15:30

İsveç 106 yaşlı miqrantı ölkədən çıxarır

Göygöldə “Çiçəkli” Su Elektrik Stansiyası istismara verilib
19.08.2017, 15:25

Göygöldə “Çiçəkli” Su Elektrik Stansiyası istismara verilib

İlham Əliyev Göygöldə uşaq bağçasının açılışında - YENİLƏNİB
19.08.2017, 15:20

İlham Əliyev Göygöldə uşaq bağçasının açılışında - YENİLƏNİB

“Bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır” - Özəl bağçaları kim yoxlayır? 
19.08.2017, 14:45

“Bağçalar Təhsil Nazirliyinə qaytarılmalı, ayrıca bir komitə yaradılmalıdır” - Özəl bağçaları kim yoxlayır? 

Prezident Salyan üçün 11.8 milyon manat pul ayırdı
19.08.2017, 14:36

Prezident Salyan üçün 11.8 milyon manat pul ayırdı

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(48.9%)
SOCAR-dan(6.12%)
Lukoil-dan(17.3%)
Bunların heç birindən - başqasından(27.5%)