Modern.az

Bakı-2017: Qadın həndbolçularımızın finaldakı rəqibi məlum oldu

 Bakı-2017: Qadın həndbolçularımızın finaldakı rəqibi məlum oldu

Aktual

13 May 2017, 16:44

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın həndbolçuların yarışı davam edir.

 

Modern.az-ın məlumatına görə, bu gün sonuncu yarımfinal oyununda Türkiyə Kamerunla qarşılaşıb.

 

Ümumi hesabda 34:18 hesabı ilə qalib gələn Türkiyə təmsilçiləri finalda Azərbaycan millisi ilə ən güclünü müəyyən edəcəklər. Final görüşü sabah saat 18:00-da keçiriləcək.

 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır