18 yanvar 2018, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - Milli Məclis Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi iclas keçirəcək
Milli Məclis Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi iclas keçirəcək
16.05.2017, 18:53

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

 

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı eyni zamanda milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.

 

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

 

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycanı Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

 

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika günü olaraq təntənə ilə qeyd edir.

 

Sərəncamda qeyd olunur ki, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilir.

 

Modern.az

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ hərbi qüvvələri Suriyada qalacaq
18.01.2018, 00:59

ABŞ hərbi qüvvələri Suriyada qalacaq

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək
18.01.2018, 00:47

Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək

Qızılcadan ölənlərin sayı artır
18.01.2018, 00:31

Qızılcadan ölənlərin sayı artır

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı
18.01.2018, 00:15

Paytaxtda 21 yaşlı oğlan qız üstündə bıçaqlandı

Avstriyanı 4,2 ballıq zəlzələ titrətdi
17.01.2018, 23:58

Avstriyanı 4,2 ballıq zəlzələ titrətdi

Ev almağa gedərkən bütün pulunu itirdi - Video
17.01.2018, 23:43

Ev almağa gedərkən bütün pulunu itirdi - Video

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.01.2018, 23:27

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Leyla Əliyeva Aleksey Beqovun sərgisinin açılışında iştirak edib - Fotolar
17.01.2018, 23:13

Leyla Əliyeva Aleksey Beqovun sərgisinin açılışında iştirak edib - Fotolar

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı
17.01.2018, 23:00

İki azyaşlını vuran sürücü hadisə yerindən qaçdı

Avtomagistralda 50-dən çox maşın toqquşdu
17.01.2018, 22:43

Avtomagistralda 50-dən çox maşın toqquşdu

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı
17.01.2018, 22:31

Ombudsman Aparatı ilə MEK arasında  Memorandum imzalandı

Şəkidə özünü asmaq istəyən qadın xilas edilib
17.01.2018, 22:14

Şəkidə özünü asmaq istəyən qadın xilas edilib

17 yaşlı laureat, imtina edənlər, maraqlı məqamlar– NOBEL MÜKAFATI
17.01.2018, 21:57

17 yaşlı laureat, imtina edənlər, maraqlı məqamlar– NOBEL MÜKAFATI

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır
17.01.2018, 21:43

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır

“Belə sürətli oyun gözləmirdim” – Qurban Qurbanov
17.01.2018, 21:27

“Belə sürətli oyun gözləmirdim” – Qurban Qurbanov

Tramp jurnalisti mətbuat konfransından qovdu
17.01.2018, 21:14

Tramp jurnalisti mətbuat konfransından qovdu

Üçüncü növbədə təhsil alan şagirdlərin sayı açıqlandı
17.01.2018, 20:59

Üçüncü növbədə təhsil alan şagirdlərin sayı açıqlandı

Bütün qərarsız radar cərimələri silindi
17.01.2018, 20:46

Bütün qərarsız radar cərimələri silindi

Şəmkirdə 26 yaşlı gənci güllələyənə cinayət işi açıldı – Yenilənib
17.01.2018, 20:28

Şəmkirdə 26 yaşlı gənci güllələyənə cinayət işi açıldı – Yenilənib

Macarıstan prezidenti səfirimizi ordenlə təltif etdi
17.01.2018, 20:16

Macarıstan prezidenti səfirimizi ordenlə təltif etdi

İtkin düşən alpinistlərin axtarışı nəticə vermir - FOTOLAR
17.01.2018, 20:01

İtkin düşən alpinistlərin axtarışı nəticə vermir - FOTOLAR

“Bitcoin” 10 min dollaradək ucuzlaşdı
17.01.2018, 19:51

“Bitcoin” 10 min dollaradək ucuzlaşdı

Ekologiyanı çirkləndirən 763 nəfər cərimələnib
17.01.2018, 18:56

Ekologiyanı çirkləndirən 763 nəfər cərimələnib

Şimali və Cənubi Koreya Olimpiadaya eyni bayraqla qatılacaq
17.01.2018, 18:44

Şimali və Cənubi Koreya Olimpiadaya eyni bayraqla qatılacaq

NATO: “Rusiya ilə Bakı görüşümüz təşkil olunur”
17.01.2018, 18:27

NATO: “Rusiya ilə Bakı görüşümüz təşkil olunur”

Azərbaycanın Xalq artisti vəfat edib
17.01.2018, 18:15

Azərbaycanın Xalq artisti vəfat edib

Peşə məktəblərində çalışan müəllimlərin maaşı artırıldı
17.01.2018, 18:08

Peşə məktəblərində çalışan müəllimlərin maaşı artırıldı

Novruzəli Orucovun oğluna hökm oxundu - 4 il 6 ay
17.01.2018, 17:48

Novruzəli Orucovun oğluna hökm oxundu - 4 il 6 ay

Tənha insanlar üçün yeni nazirlik yaradıldı
17.01.2018, 17:43

Tənha insanlar üçün yeni nazirlik yaradıldı

146 milyon manat güzəştli kredit verilib
17.01.2018, 17:37

146 milyon manat güzəştli kredit verilib

Prezident Administrasiyasında təyinat oldu - Yeni şöbə müdirinin tərcümeyi-halı   
17.01.2018, 17:33

Prezident Administrasiyasında təyinat oldu - Yeni şöbə müdirinin tərcümeyi-halı  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
17.01.2018, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Lavrovla Çavuşoğlu Suriyanı müzakirə etdi
17.01.2018, 17:08

Lavrovla Çavuşoğlu Suriyanı müzakirə etdi

Rəsmi Bakı BMT Baş katibinin Qarabağ çağırışını DƏSTƏKLƏDİ
17.01.2018, 17:04

Rəsmi Bakı BMT Baş katibinin Qarabağ çağırışını DƏSTƏKLƏDİ

Çox adam “tanınmış”, “məşhur” olub - Belə getsə, tezliklə “dahi” də olacaqlar...
17.01.2018, 17:00

Çox adam “tanınmış”, “məşhur” olub - Belə getsə, tezliklə “dahi” də olacaqlar...

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(54.0%)
- Geyimə(3.50%)
- Müalicəyə(5.44%)
- Kommunal xidmət haqlarına(13.6%)
- Təhsilə(2.33%)
- İstirahətə(1.16%)
- Kitaba(0.77%)
- Rüşvətə(4.28%)
- Əyləncəyə(0.77%)
- Digər şeylərə(14.0%)