Modern.az

Məhkəmə Gözəl Bayramlını həbs edəcək? - YENİLƏNİB

Məhkəmə Gözəl Bayramlını həbs edəcək? - YENİLƏNİB

Aktual

26 May 2017, 13:20

AXC sədrinin müavini Gözəl Bayramlı barəsində həbs-qətimkan tədbiri seçilə bilər.

Bu haqda Modern.az-a onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil deyib ki, G.Bayramlı bu gün saat 3 radələrində Bakıda olacaq:

“Gözəl Bayramlı bu gün səhər saat 06.00 radələrində Dövlət Sərhəd Xidmətinin Şəmkir rayon Dəllər qəsəbəsində yerləşən regional İdarəsinə gətirilib. Onun Səbail rayon Məhkəməsinə aparılacağı və barəsində həbs-qətimkan tədbiri seçiləcəyi istisna edilmir”.


***

Xəbər verildiyi kimi, AXCP sədrinin müavini Gözəl Bayramlı Qazax Gömrük Keçid Məntəqəsində saxlanılıb.  

Modern.az saytının məlumatına görə, Milli Şura üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, gömrük işçiləri Gözəl Bayramlinin çantasından 10 min saxta dollar aşkar etdiklərinə görə, o, saxlanılıb.

“Gözəl Bayramlı bu gün səhər saat 06.00 radələrində Dövlət Sərhəd Xidmətinin Şəmkir rayon Dəllər qəsəbəsində yerləşən regional İdarəsinə gətirilib.

Az öncə isə o, adı çəkilən idarədən çıxarılıb və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının iştirakı ilə Bakıya gətirilir. Ona cinayət işi açılıb və bu gün məhkəmə önünə çıxarılaraq haqqında həbs-qətimkan tədbiri seçiləcəyi gözlənilir”-deyə O.Gülalıyev  məlumat verib.

 

Gülşən RAUFQIZI

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır