Modern.az

Əbülfəs Qarayev Xaçmazda vətəndaşlarla görüşüb

Əbülfəs Qarayev Xaçmazda vətəndaşlarla görüşüb

Aktual

30 May 2017, 13:10

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmazda vətəndaşlarla görüşüb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən sakinlərinin müraciətinə baxılıb.

 

Müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.

 

Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Nazir Əbülfəs Qarayev bildirib ki, vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülüb. Nazir tarixi-mədəni irsin qorunması və bərpası, muzeylərdə ekspozisiyaların yenilənməsi, eləcə də turizm sahəsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib. Regionlarda turizmin inkişaf etdirilməsinin prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu vurğulayan nazir bununla bağlı səslənən təkliflərin nəzərdən keçiriləcəyini deyib.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır