Modern.az

Polis gizlədilən külli miqdarda narkotiki tapdı 

Polis gizlədilən külli miqdarda narkotiki tapdı 

Aktual

19 İyun 2017, 18:21

Respublikanın daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

Modern.az xəbər verir ki,  daxil olmuş məlumat əsasında iyunun 16-da  Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Qazma kənd sakini Adil Şindiyevinyaşadığı evin həyətyanı sahəsinə baxış keçirib. Bu zaman oradakı mal-qara saxlanılan tövlənin yanında 17 ədəd, tövlənin arxa hissəsindəki istixananın yanında 9 ədəd olmaqla ümumilikdə 30 ədəd çətənə kolu, həmçinin həyətdəki yardımçı tikilidə satış məqsədilə gizlədib saxladığı, ümumi çəkisi 17,3 kiloqrama yaxınqurudulmuş marixuana aşkarlanaraq götürülüb.

 

Həmin şəxsin yaşadığı evə baxış keçirilərkən isə oradakı dolabın üzərindəki 2 ədəd dəmir qabda ümumi çəkisi 36,22 qram olan qurudulmuş marixuana da aşkar edilib.

Qeyd olunmalıdır ki, bu şəxs əvvəllər də qəsdən sağlamlığa ağır zərərvurmaya və qanunsuz narkotik tərkibli bitkilərin əkib-becərilməsinə görə iki dəfə məhkum olunub.

 

A.Şindiyev cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub, Balakən RPŞ-də fakta görə Cinayət Məcəlləsinin 234.4.3 və  237.2.3 -cü  maddələri  ilə cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır