Modern.az

İŞİD Azərbaycandan nə istəyir – Antiterror Mərkəzinin rəhbərindən AÇIQLAMA

İŞİD Azərbaycandan nə istəyir – Antiterror Mərkəzinin rəhbərindən AÇIQLAMA

23 İyun 2017, 23:30

“Əfqanıstan-Pakistan zonasında, Suriyada və İraqda silahlı konfliktlərdə MDB ölkələrindən gələnlər iştirak edirlər. Məlumatlara görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan vətəndaşları real döyüş hazırlığı və təcrübə qazanandan sonra öz ölkələrinin ərazisinə qayıtmağa başlayırlar. Şimali Qafqazda, Mərkəzi Asiyada və Azərbaycanda öz özəklərini gücləndirmək üçün”.

 

Modern.az saytının TASS-a istinadən verdiyi məlumata görə, bunu MDB Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov BMT Təhlükəsizlik Şurasının iki komitəsinin birgə brifinqində bildirib.

 

O deyib ki, İŞİD və digər ekstremist təşkilatların tərkibində olan MDB dövlətlərinin 7 mindən çox vətəndaşı hazırda axtarışdadır.

 

Novikovun sözlərinə görə, terrorçulardan 2 mindən çoxu muzdlulardır.

 

“2010-cu ildən etibarən ümumilikdə 1000-dən çox nəfərin yerləşdiyi mümkün yerlər barədə məlumat toplanıb, onlardan 100-dən çoxu saxlanılıb”, - deyə A.Novikov qeyd edib.

 

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi