Modern.az

Putin Maradonaya ağız açdı

Putin Maradonaya ağız açdı

26 İyun 2017, 22:10

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona Rusiya prezidenti Vladimir Putinin fanatı olduğunu açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Maradona Putinlə ünsiyyətdə olacağını bildirib. Maradona bildirib ki, hətta Putin ona zəng də edib:

 

“O mənə zəng edib və Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatı üçün nəsə etməyimi istəyib. Mən Putinin fanatıyam və xahişə sevə-sevə cavab verəcəyəm.

 

Prezidentlə şəxsi görüşdə məsələni müzakirə etmək vacibdir”-deyə Maradona qeyd edib.

 

Xatırladaq ki, Rusiyada futbol üzrə dünya çempionatının final mərhələsi 2018-ci ilin iyun ayının 14-dən iyul ayının 15-nə qədər keçiriləcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır