Modern.az

Məhkəmə Telman İsmayılovun 2 mənzilinə həbs qoydu

Məhkəmə Telman İsmayılovun 2 mənzilinə həbs qoydu

Dünya

30 İyun 2017, 17:05

Moskva Arbitraj Məhkəməsi Telman İsmayılovun 2 yaşayış evinə və Moskva ətrafındakı 3 torpaq sahəsinə həbs qoymaq barədə ittihamı rədd edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunun əvəzində Moskvanın Kutuzov prospektində yerləşən 5 və 6 otaqlı mənzillərə həbs qoyulub.

 

İddia ərizəsi ilə İsmayılovun keçmiş maliyyə məsləhətçisi Valeri Kubelun çıxış edib. O, Telman İsmayılovun 70 sot torpağını və 2 min kvadrat metrdən artıq ərazisinə həbs qoyulmasını istəyib.

 

Həbs qoyulan 2 mənzilin isə İsmayılovun 2005-ci ildə Fransada anadan olmuş nəvəsinin adına olduğu aydınlaşıb.

 

 Telman İsmayılov 2016-cı ilin avqustunda müflis olduğunu elan etmişdi.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır