Modern.az

Ukrayna 2 rus sərhədçisini saxladı

Ukrayna 2 rus sərhədçisini saxladı

1 İyul 2017, 00:56

İyunun 30-da Krımda, sərhəd zonasında təlim zamanı 2 rus sərhədçisi yolu azaraq Ukrayna ərazisinə daxil olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Armyansk rayonu ərazisində baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, sərhədçilərin qaytarılması üçün Rusiya və Ukrayna sərhəd xidmətinin rəsmiləri mümkün vasitələri nəzərdən keçirir: "Ümid edirik ki, sərhədçilər yaxın zamanda beynəlxalq hüquq normaları çərçivəsində Rusiya tərəfinə qaytarılacaq".

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır