20 sentyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri: “Yeni addımlar atmağa hazırlaşırıq” - MÜSAHİBƏ  
Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri: “Yeni addımlar atmağa hazırlaşırıq” - MÜSAHİBƏ  
04.07.2017, 16:29

Almaniyada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyev Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
 

- Bir müddət əvvələ qədər Dünya Azərbaycanlıları Assambleyası aktiv fəaliyyətdə idi. İndi aktivlik nəzərə çarpmır. Bunun səbəbləri nədir, təşkilatın hansısa problemləri var?

- Bildiyiniz kimi, Dünya Azərbaycanlıları Assambleyası 6 sentyabr 2016-cı ildə beynəlxalq qeyri-hökumət təşkilatı olaraq Almaniya məhkəmə və ədliyyə orqanlarında qeydiyyatdan keçib. Rəsmi qeydiyyatdan keçmədən öncə Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qupu adı altında fəaliyyət göstərib. Bugünə qədər təşkilatımız nəzərəçarpacaq dərəcədə işlər görüb, hətta çox riskli proyektlərə imza atmışıq. Gördüyümüz işlər haqqında sizə məlumat verməyə başlasam müsahibəmiz çox uzun alınacaq, bu da oxuyucuları yora bilər. Bu üzdən fəaliyyətimizlə bağlı öyrənmək istəyənlər sadəcə internetdə “Dünya Azərbaycanlıları Assambleyası” yazmaqla geniş məlumat əldə bilərlər.

Assambleya bir ilə yaxın müddət ərzinə onlarla konfrans, dəyirmi masa, toplantı müxtəlif tədbirlər təşkil etdi. İlk vaxtlar xarici ölkə təmsilçilərimizin sayı 12 idisə,  hazırda 30-a yaxın ölkədə təmsilçimiz var. Bu yaxınlarda Gürcüstan, Şimali Kipr Türk Respublikası, Dubay, Cənubi Koreya, Kanada və bir çox ölkələr üzrə nümayəndəliklərimiz təsis olundu. Bir məsələni xüsusən qeyd etmək istəyirəm. Çox sevindirici haldır ki, bu prosesə yalnış kişilər liderlik etmir, eyni zamanda xanımlarımız çox fəaldırlar. Bu qədər fəal xanımlarımızın olduğunu təsəvvür belə etməzdim. Bu gün idarə heyətimizin, təmsilçilərimizin çoxluğunu qadınlar təşkil edir. Məncə qadınların çoxluq təşkil etdiyi nadir sayılacaq təşkilatlardanıq. Mənimlə çiyin-çiyinə , mərdliklə mübarizə aparan, bu şərəfli yolda addımlayan İsveçdən Aida Məmmədova, Danimarkadan Kəmalə Maisqızı, Nigar Mübarəki, Gülnarə xanım, Böyük Britaniyadan Sevil Aslanova və bir çox ölkələrdən fəal xanımlarımızın adını çəkmək istərdim. Biz bu işləri adlarını sadaladığım milli ruhlu xanımlarımızın dəstəyi ilə aparırıq. Bu insanlar həm sədaqətli, həm də dəyərlidir. Bir ara haqqımda qara piara start verilmişdi , o günlərdə mənə ən çox dəstək verən adını çəkdiyim bu xanımların ciddi mənəvi dəstəyi oldu və bu insanlar ən çətin durumumuzda dik durdular və heç bir zaman yollarından çəkilmədilər. Tarixdə varlığı ilə qürur duyduğumuz Xurşidbanu Natəvan, Sara xatun, Həcər qeyrətli bu xanımlarımız ələ-ələ verərək, ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşması üçün səylərini əsirgəmirlər.

Diqqətinizi sadəcə bir məsələyə yönəltmək istəyirəm.  Təşkilatımız qeydiyyatdan keçdikdən cəmi bir ay sonra “Dünya Azərbaycanlıları Əməkdaşlıq Forumu”nun keçirilməsinə qərar verdik. Yeni yaranan bir təşkilat üçün bu addımı atmaq çox ciddi risk idi. Bir çox ciddi təzyiq və maneələrə baxmayaraq, bu forumu uğurla başa vurduq. Dünyanın 20-yə yaxın ölkəsindən fəal təşkilatçı həmvətənlilərimiz təşrif buyurdu və çox maraqlı müzakirələr keçirildi. Bizim üçün tədbirin əsas əhəmiyyətli olan hissələrindən biri alman siyasi partiyalarının, Köln Mərkəz Şəhər bələdiyyə başqanın toplantıya qatılması idi.

- Bu forumun keçirilməsinə dəstək aldınızmı?

- Forumu heç bir rəsmi qurumun dəstəyini almadan təşkil etdik. Bu müstəqillik tariximizdə ilk belə bir hadisə idi. Heç bir rəsmi qurumun dəstəyi olmadan, bir neçə aylıq fəaliyyət göstərən bir təşkilatın belə bir böyük forumla bağlı qərar verməsi bir çox insanları yaxşı mənada təəccübləndirmişdi.

Diqqət etdinizsə, bu forumun baş tutmaması üçün bir çox ölkələrdə yaşayan ölkəmiz əleyhinə fəaliyyət göstərənlər fəallaşdılar. Digər tərəfdən, təəssüflə deməliyəm ki, foruma cəmi bir neçə gün qalmış axar.az, publika.az saytlarının antikampaniyasına məruz qaldıq. Hətta bu media orqanın təmsilçiləri Bakıdan qonaqlarımızın viza problemi yaşaması üçün Almaniya səfirliyinə belə, müraciət etmişdilər. İlk tədbirimiz olduğundan Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı konsulluğu bəzi qonaqlarımıza viza vermədi. Ancaq təbii ki, biz bu prosesin izini buraxmadıq. Forumdan bir neçə ay keçməsinə baxmayaraq, bu məsələni Almaniya xarici işlər naziri, cənab Gabriel Sigmarın qarşısında qaldırdıq. Hazırda nazirliyin məmurları ilə yazışmalarımız davam edir,  haqqımızda qara piar kampaniyasını başladanları Mətbuat Şurasına şikayət etdik. Bu məsələyə Şurada baxıldı və nəhayət qarşı tərəfə xəbərdarlıq edildi. Ancaq bu qərar təbii ki, bizi qane etmədi. Biz tezliklə bu məsələni hüquq müstəvisinə qaldıracağıq.
Biz bu forumu keçirməklə hansı mesajı vermək istəyirdik? Dünyanın müxtəlif qitələrinə səlpələnmiş azərbaycanlılar olaraq müstəqil ölkəmizə, onun xarici siyasətinə dəstək verəcəyimizi bəyan edəcəkdik. Bu forumu ölkəmizə qarşı aksiya keçirən, təbliğat aparan keçmiş qondarma Talış Muğan Respublikası tərəfdarları, keçmiş “sadvalçılar” və bir çox radikal qruplar, ölkəmizin inkişafını güclənməsini istəməyən qüvvələr baltaladılar.
Bizi belə böhtanlar, kampaniyalar yolumuzdan döndərə bilməz. Biz bu yola çıxanda çox tufanların, burulğanların olacağını göz önünə almışdıq.

- Təşkilatın hazırkı fəaliyyət istiqamətləri nədən ibarətdir?

- Bu günlərdə biz BMT-nin Sosial və İqtisai Şurası tərəfindən və eyni zamanda, Avropa Komissiyası, Avropa Parliamenti tərəfindən lobbi qurumu olaraq qeydiyyata alındıq. Bununla da təşkilatımızın fəaliyyətinin ikinci fazası açılmış oldu. Bu da lobbiçilik fəaliyyətidir. 

Təşkilatımızın əsasını təcrübəli şəxslərlə yanaşı, gənclər təşkil edir. Hazırda gənclərimizin əsas vaxtı və məşğuliyyəti universitet imtahanlarına yönəldiyindən, eyni zamanda yay fəsli olduğundan fəallarımız istirahətdədirlər. Ancaq buna baxmayaraq, kənardan passivlik kimi görünsə də yeni addımlar, lahiyələr haqqında fəallarımızla müzakirələr gedir, tezliklə mətbuata da bununla bağlı məlumatlar veriləcək. Biz artıq yerli nümayəndələrimizlə qeydiyyatdan keçməyi düşünürük, bunun üçün sənədləşmə işlərinə strat vermişik. Bu il təşkilatımızın qeydiyyatdan keçməsinin bir ili tamam olur. Dünyanın 12 ölkəsini təmsil edən 13 nəfərlik idarə heyyətimizin canlı iclası keçiriləcək. Biz eyni gündə təşkilatımızın bir illiyini qeyd etməyi düşünürük. Tədbirin yeri, zamanı və bir sıra məlumatlarla bağlı detaylı məlumatı tezliklə diqqətinizə çatdıracağıq.

- Bəs Almaniyada təşkilatınızın fəaliyyətinə qarşı çıxan, sizə mane olanlar varmı?

- Almaniya Federativ Respublikası demokratik və hüquq dövlətidir. Bu ölkədə bizə kiminsə mane olması real deyil. Mane olmağa cəhd edənlər və buna təşəbbüs göstərmək istəyənlər təbii ki olacaq. Ancaq biz onlara qanun çərçivəsində cavab verəcəyik. Biz zor, fiziki güc tətbiqi ilə kiminləsə davranmağı rədd edirik. Ümid edirəm ki, kimsə buna cəhd etməz , biz də buna lüzum görmərik.

- Bu ölkədə yaşayan azərbaycanlılarla münasibətlər necədir? Onlar hansısa məsələlərdə sizə müraciət edirmi?

- Avropada həmvətənlilələrimizin yerləşmə coğrafiyasına nəzər yetirsək görərik ki, Almaniya həmvətənlilərimizin ən sıx məskunlaşdığı ölkədir. Bu məskunlaşmanın  tarixi Sovet dövrünə dayanır. Zamanında sovet ordusu tərkibində Şərqi Almaniyaya xidmət etməyə gələnlər arasında bir çox insanlar olmuşdur ki, bunlar dönməmiş və burada yaşamağa davam etmişdir. Qeyd edim ki, Almaniya digərlərinə nisbətdə xariciləri qəbul edən ölkələr arasında ilk yerdədir.

 

- Qeyd etdiyiniz kimi, 1 ilə yaxındır fəaliyyətdəsiniz. Bu günə qədər qarşıya qoyulan məqsədlərə çata bilmisinizmi?

- Təşkilatımızın amalları böyükdür. Biz böyük bir hədəf uğrunda ağır, məsuliyyətli, uzun və eyni zamanda şərəfli bir yola çıxmışıq. Bu hədəfə İranda yaşayan soydaşlarımızın dil və mədəni hüquqlarının bərpası, Gürcüstanda yaşayan soydaşlarımızın yaşadıqları ölkənin idarəçiliyində fəal yer almaları, onların pozulmuş hüquqlarının bərpası, eyni zamanda Dərbənddə yaşayan həmvətənlilərimiz də daxildir. İşğala məruz qalmış, ərazilərimizin beynəlxalq hüququn imkanları çərçivəsində bərpasında, başqa xalqlar və toplumlarla iç-içə çalışaraq qarşılıqlı fikir alış-verişi , mədəniyyətlərarası dialoqun təmin edilməsi və bir çox məsələlər bizim digər əsas hədəflərimizdir. Bu cür böyük hədəflər üçün bir illik bir zamanın  kifayət qədər olduğunu deməzdim. Bu iş üçün nə qədər çalışsaq o qədər azdır. O qədər problemlər mövcuddur ki, saymaqla bitməz. 

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Salyanda qəzada ölənlərin hamısı eyni şirkətin işçiləridir  - Yenilənib, VİDEO
20.09.2017, 00:48

Salyanda qəzada ölənlərin hamısı eyni şirkətin işçiləridir  - Yenilənib, VİDEO

Meksikada zəlzələ nəticəsində 5 nəfər öldü - Yenilənib
20.09.2017, 00:36

Meksikada zəlzələ nəticəsində 5 nəfər öldü - Yenilənib

Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO
20.09.2017, 00:23

Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur
20.09.2017, 00:11

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı
19.09.2017, 23:27

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı

Naxçıvan əhalisinin sayı 451 min 132 nəfərə çatıb
19.09.2017, 23:14

Naxçıvan əhalisinin sayı 451 min 132 nəfərə çatıb

Bakıda daşınmaz əmlak bahalaşacaq...
19.09.2017, 22:44

Bakıda daşınmaz əmlak bahalaşacaq...

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ
19.09.2017, 22:12

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ

Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir   
19.09.2017, 21:37

Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir  

Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında iştirak edib - FOTOLAR
19.09.2017, 21:19

Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında iştirak edib - FOTOLAR

19.09.2017, 21:06

"Rusiyanın bu siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur" - Hikmət Hacıyev

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp
19.09.2017, 20:48

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp

"Gazelli"dəki yanğında xəsarət alan olmayıb
19.09.2017, 20:33

"Gazelli"dəki yanğında xəsarət alan olmayıb

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib
19.09.2017, 20:17

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib

Pambıqçıları daşıyan mikroavtobus aşdı
19.09.2017, 20:05

Pambıqçıları daşıyan mikroavtobus aşdı

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
19.09.2017, 19:51

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub

Tramp BMT tribunasından İranı sərt tənqid etdi
19.09.2017, 19:00

Tramp BMT tribunasından İranı sərt tənqid etdi

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək
19.09.2017, 18:44

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
19.09.2017, 18:31

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI
19.09.2017, 18:20

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI

Paytaxtda mənzildə meyit tapılıb
19.09.2017, 18:07

Paytaxtda mənzildə meyit tapılıb

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir
19.09.2017, 17:47

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər
19.09.2017, 17:40

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu
19.09.2017, 17:38

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.09.2017, 17:24

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir
19.09.2017, 17:23

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ   
19.09.2017, 17:14

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ  

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi
19.09.2017, 17:10

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR
19.09.2017, 17:07

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR

19.09.2017, 17:05

"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı - FOTOLAR

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı
19.09.2017, 16:43

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM
19.09.2017, 16:38

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM

Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər
19.09.2017, 16:12

Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”   
19.09.2017, 16:01

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”  

Bakıda bit problemi var – Araz Əlizadə
19.09.2017, 15:53

Bakıda bit problemi var – Araz Əlizadə

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (45.8%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(9.55%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(14.0%)
- Məhərrəmlık əsl İslama ziddir(30.5%)