22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Hesablama Palatası Sumqayıt Dövlət Universitetində nöqsanlar tapdı
Hesablama Palatası Sumqayıt Dövlət Universitetində nöqsanlar tapdı
17.07.2017, 16:06

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiqlənib.


Bu barədə Palatanın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Universitetin gəlirləri 2014-cü ildə 6332,1 min manat, 2015-ci ildə 7375,3 min manat, 2016-cı ildə 9174 min manat, xərcləri müvafiq olaraq 5690,3 min manat, 6858,9 min manat və 8418,7 min manat olub.

 

2016/2017-ci tədris ilində bakalavriat təhsil səviyyəsi üzrə Universitetin tələbə qəbulu planı 40 ixtisas üzrə 1865 nəfərə qarşı 1394 nəfər və ya 74,7% yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 100 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1294 nəfər təşkil edib. Tələbə qəbulu planı  “Ekologiya mühəndisliyi” ixtisası üzrə 100% yerinə yetirilsə də, “Riyaziyyat” ixtisası üzrə 23,3%, “İnformasiya texnologiyaları” ixtisası üzrə 10%, “Psixologiya” ixtisası üzrə 20% yerinə yetirilib, “Kimya”, “Biologiya” və “Müsiqi müəllimliyi” ixtisasları üzrə isə tələbə qəbulu olmayıb.

 

Tələbə qəbulu planı 2014/2015 tədris ilində 36 ixtisas üzrə 1385 nəfərə qarşı 1242 nəfər və ya 89,7% yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 80 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1162 nəfər, 2015/2016 tədris ilində 41 ixtisas üzrə 1695 nəfərə qarşı 1348 nəfər və ya 79,5% yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 87 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1261 nəfər təşkil edib.

 

Magistratura təhsil səviyyəsi üzrə Universitetin tələbə qəbulu planı 2014/2015 tədris ilində 174 nəfərə qarşı 113 nəfər və ya 64,9 % (dövlət sifarişi 30 nəfər, ödənişli təhsil üzrə 83 nəfər), 2015/2016-cı tədris ilində 213 nəfərə qarşı 108 nəfər və ya 50,7% (dövlət sifarişi 35 nəfər, ödənişli təhsil üzrə 73 nəfər), 2016/2017-ci tədris ilində 229 nəfərə qarşı 100 nəfər və ya 43,7% (dövlət sifarişi 18 nəfər, ödənişli təhsil üzrə 82 nəfər) yerinə yetirilib.

 

Auditlə əhatə olunan illərdə təhsil alanlar tərəfindən qabaqcadan ödənilmiş təhsil haqqı məbləğləri kreditor borcu kimi, müxtəlif səbəblərdən Universitetdən xaric edilmiş, akademik məzuniyyətə gedən xarici və yerli tələbələr, doktorant və dissertantlar üzrə ödənilməmiş təhsil haqqı borcu debitor borc kimi uçota alınmayıb, təhsil haqqının düzgün müəyyən edilməməsi nəticəsində təhsil haqqı az alınıb, dövlət sifarişi ilə təhsil alan və tədris ilini tam başa vurmadan müxtəlif səbəblərdən Universitetdən xaric olunan tələbələrin təhsil haqqı üzrə ödənilmiş vəsait geri qaytarılmayaraq müxtəlif məqsədlərə istifadə edilib, akademik borca görə təkrar təhsilə cəlb olunmuş tələbələrdən kredit haqqının alınması təmin edilməyib, dövlət sifarişi ilə təhsil alan tələbələrin 2014/2015-ci tədris ilində 60,2%-i, 2015/2016-cı tədris ilində 76,4%-i, 2016/2017-ci tədris ilinin payız semestrində isə 69,1%-i imtahanlarda aşağı nəticələr göstəriblər.

 

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın və satınalmalarla əlaqədar digər qanunvericilik aktlarının bəzi tələblərinə əməl edilməyib, bəzi hallarda malların (işlərin və xidmətlərin) satınalma məbləği ayrı-ayrı müqavilələrə bölünərək icra edilib, həmçinin, satınalmalarda iştirak etmək məqsədilə satınalan təşkilata satın alınacaq malların siyahısı və şərtlər toplusunun əldə edilməsi məqsədilə şirkətlər tərəfindən ərizə ilə müraciət edilmədiyi halda onlara qiymət təklifləri təqdim edilib, malların alışını təsdiq edən qaimə-fakturanın yekun məbləğinin artıq göstərilməsi nəticəsində artıq vəsait ödənilmiş, malların ehtimal olunan qiymətləri düzgün müəyyən edilmədiyindən tenderdə qalib təşkilatın qiymət təklifləri bazar qiymətlərindən baha olmuş və nəticədə auditlə əhatə olunan dövrdə mal-materialların alınması üçün artıq xərcə yol verilmişdir, bununla yanaşı tələbat olmadığı halda alınmış avadanlıqlar uzun müddət istifadəsiz saxlanılmaqla səmərəsiz xərcə yol verilib.

 

Təmir-tikinti işləri zamanı layihə-smeta sənədləri tərtib olunmamış və təmir işlərinin ehtimal olunan qiymətinin təyin edilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yanında Tikintidə Qiymətqoyma Mərkəzinə müraciət edilməyib, yerinə yetirilməmiş təmir işlərinə görə podratçıya vəsait ödənilmiş, “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın tələbləri gözlənilməyərək cari təmir xərclərinin normadan artıq hissəsi müvafiq əsas vəsaitlərin dəyərinə əlavə edilməmiş, maliyyə hesabatları tərtib edilərkən “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın bəzi tələbləri gözlənilməmiş, təsərrüfat fəaliyyətinin nəticələri bəzi hallarda maliyyə hesabatlarında düzgün əks etdirilməyib.

 

Hesablama Palatasının Kollegiyası yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi, həmçinin görülmüş tədbirlər barədə Hesablama Palatasına, Təhsil Nazirliyinə, Sumqayıt Dövlət Universitetinə və Milli Məclisə məlumat göndərilib.


Gülşən RAUFQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb
22.11.2017, 16:59

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi
22.11.2017, 16:54

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi   
22.11.2017, 16:50

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi  

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ
22.11.2017, 16:34

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ

8 min müsəlmanın qatilinə ağır cəza verdi
22.11.2017, 16:31

8 min müsəlmanın qatilinə ağır cəza verdi

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”
22.11.2017, 16:29

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır    
22.11.2017, 16:26

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır  

Azərbaycan özünü kartofla təmin edə bilirmi...   
22.11.2017, 16:03

Azərbaycan özünü kartofla təmin edə bilirmi...  

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı
22.11.2017, 16:02

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi   
22.11.2017, 15:50

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi  

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi
22.11.2017, 15:48

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi
22.11.2017, 15:40

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi

Qubada ayı ovlayan dəstə saxlanıldı
22.11.2017, 15:36

Qubada ayı ovlayan dəstə saxlanıldı

“Ola bilsin ki, Leyla xanım “Əsri”də yox, başqa yerdə dəfn edilib” - Rəsulzadənin NƏVƏSİ   
22.11.2017, 15:31

Ola bilsin ki, Leyla xanım “Əsri”də yox, başqa yerdə dəfn edilib” - Rəsulzadənin NƏVƏSİ  

Xəzərdə yenə zəlzələ oldu
22.11.2017, 15:28

Xəzərdə yenə zəlzələ oldu

Niderlandda Qarabağa səfərlər təşkil edən sayta qarşı kampaniya başladı
22.11.2017, 15:19

Niderlandda Qarabağa səfərlər təşkil edən sayta qarşı kampaniya başladı

Həyatdan erkən köçən dünya MƏŞHURLARI
22.11.2017, 15:17

Həyatdan erkən köçən dünya MƏŞHURLARI

İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək
22.11.2017, 15:15

İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək

Dövlət qulluğu üçün sınaq imtahanı keçirildi
22.11.2017, 15:13

Dövlət qulluğu üçün sınaq imtahanı keçirildi

ADU-da Heydər Əliyevlə bağlı tədbir
22.11.2017, 15:10

ADU-da Heydər Əliyevlə bağlı tədbir

Qılıncoynatma Federasiyasında yeni TƏYİNATLAR
22.11.2017, 15:07

Qılıncoynatma Federasiyasında yeni TƏYİNATLAR

“Təhdidlər hamımızı narahat edir” - Əli Həsənov
22.11.2017, 15:03

“Təhdidlər hamımızı narahat edir” - Əli Həsənov

Deputat səfirliklərin problemini qaldırdı   
22.11.2017, 14:56

Deputat səfirliklərin problemini qaldırdı  

2000 insanın diri-diri yandırıldığı məscid - REPORTAJ
22.11.2017, 14:52

2000 insanın diri-diri yandırıldığı məscid - REPORTAJ

Azərbaycanın bəzi yerlərində radon qazı normadan artıqdır - TƏHLÜKƏ
22.11.2017, 14:46

Azərbaycanın bəzi yerlərində radon qazı normadan artıqdır - TƏHLÜKƏ

Kamal Abdullanı gənc rektor əvəzləyəcək - ADU-da YENİLİK - FOTOLAR
22.11.2017, 14:39

Kamal Abdullanı gənc rektor əvəzləyəcək - ADU-da YENİLİK - FOTOLAR

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə GÖRÜŞƏCƏK  
22.11.2017, 14:39

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə GÖRÜŞƏCƏK  

 Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”
22.11.2017, 14:33

Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı
22.11.2017, 14:29

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı

Rasim Balayev müalicə üçün Türkiyəyə gedəsi olmadı
22.11.2017, 14:22

Rasim Balayev müalicə üçün Türkiyəyə gedəsi olmadı

Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir   
22.11.2017, 14:08

Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir  

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”
22.11.2017, 13:57

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”

Komitə sədri Baş nazirə müraciət etdi
22.11.2017, 13:55

Komitə sədri Baş nazirə müraciət etdi

“Hökumət araşdırma aparıbmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb?”    
22.11.2017, 13:52

“Hökumət araşdırma aparıbmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb?”  

Türk lirəsi batır…Həm də Zərraba GÖRƏ
22.11.2017, 13:38

Türk lirəsi batır…Həm də Zərraba GÖRƏ

ARXİV