Britaniya dalğıcları İslandiya sahillərində batmış Almaniyanın yük gəmisində 4 ton qızıl tapıblar.
Bu barədə Modern.az xarici KİV-lərə istinadən xəbər verir.
Tapılan qızılın qiyməti 100 milyon dollar təşkil edir.
Məlumata görə, gəmi 1939-cu ildə Braziliyadan Almaniyaya gəlirmiş. Hitler britaniyalıların gəmini gördüklərindən sonra, gəmi kapitanına gəmini batırmağı tapşırıb.