Modern.az

Şəmkirdəki dəhşətli intiharla bağlı cinayət işi açıldı  

Şəmkirdəki dəhşətli intiharla bağlı cinayət işi açıldı   

Aktual

26 İyul 2017, 10:40

Şəmkirin Zəyəm qəsəbəsində baş vermiş intihar hadisəsilə bağlı cinayət işi başlanıb.

Bu barədə Şəmkir rayon Prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, Mahmudova Pərvanə İlqar qızının iki azyaşlı uşağı-Mahmudov Sənan Nəsrəddin oğlu və Mahmudova Səma Nəsrəddin qızını öldürmək həddinə çatdırması ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar) maddəsilə cinayət işi açılıb. Təhqiqat gedir.

 

Xatırladaq ki, iyulun 25-i saat 21 radələrində rayonun Zəyəm qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır