Modern.az

İcra nümayəndəsi övladları ilə intihar etmiş ana haqda DANIŞDI: “Bütün kənd şokdadır”  

İcra nümayəndəsi övladları ilə intihar etmiş ana haqda DANIŞDI: “Bütün kənd şokdadır”   

Aktual

26 İyul 2017, 11:34

Mahmudovlar ailəsi sakit, həyatı axarında yaşayan ailədir. Bunu Modern.az-a Şəmkir rayon Zəyəm kənd icra nümayəndəsi Elçin Abbasov iki azyaşlı övladı ilə birgə özünü qatarın altına atmaqla intihar etmiş qadın haqda danışarkən bildirib.


E.Abbasov deyib ki, ailə başçısı Nəsrəddin Mahmudov hadisənin şokundadır:

“Elə kənd camaatı da çox narahatdır. Pərvanənin belə bir addım atmasına heç kim inana bilmir. Maddi imkanları da yaxşı olub. Yəni kimsə deyə bilməz ki, gəlin azyaşlı uşaqları ilə birlikdə maddi ehtiyaca görə özünü öldürüb. Nəsrəddin öz maşını ilə yük daşıyırdı. Hamı onları sakit, mədəni bir ailə kimi tanıyıb”.

 

Kənd rəsmisi deyib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır:

“Oğlanın bibisi şəkər xəstəsidir, övladı yoxdur. Pərvanənin onunla sözü çəp gəlib. Evdən acıq edib çıxanda deyib ki, gedir atası evinə, amma uşaqlarla birgə özünü öldürüb. Yəqin araşdırmalardan sonra dəqiq məlumat bilinəcək”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır