Modern.az

İlham Əliyev perulu həmkarını təbrik edib

İlham Əliyev perulu həmkarını təbrik edib

Aktual

27 İyul 2017, 18:08

Azərbaycan Prezidenti İlham Əliyev Peru Prezidenti Pedro Pablo Kuçinskiyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və firavanlıq arzulayıram

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir