Modern.az

Azərbaycanda yeniyetmə cinayətkarlar: 1-i zorlamaya, 12-si adam öldürməyə görə tutulub

Azərbaycanda yeniyetmə cinayətkarlar: 1-i zorlamaya, 12-si adam öldürməyə görə tutulub

30 İyul 2017, 14:38

Azərbaycanda yetkinlik yaşına çatmayan şəxlsərin iştirakı ilə baş verən cinayətlərin statistikası açıqlanıb.

 

Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il ittiham aktı ilə məhkəmələrə göndərilən işlər üzrə təqsirlənidirlənlərin sayı 402  nəfər olub. Təqsirləndirilən şəxslərdən 297 nəfəri yetkinlik yaşına çatmayan şəxslərdir. Onlardan 12 nəfəri qəsdən adam öldürmə, 25 nəfəri qəsdən sağlamlığa ağır zərər vurma ilə ittiham olunub.

 

Həmçinin qeyd edilib ki, yetkinlik yaşına çatmayanlardan 1 nəfəri zorlamaya görə həbs edilib.

Bundan başqa, onlardan 181 nəfəri oğurluq, 7 nəfəri soyğunçuluq, 6 nəfəri quldurluq, 1 nəfəri narkotik vasitələrlə bağlı cinayətlər törədib.

 

Bildirilib ki, hesabat dövründə 15 nəfər yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə xuliqanlıq, 49 digər cinayətlər törədilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir