Modern.az

ABŞ-ın gizli müharibə planı - Şimali Koreyaya raket zərbələri endiriləcək

ABŞ-ın gizli müharibə planı - Şimali Koreyaya raket zərbələri endiriləcək

Dünya

10 Avqust 2017, 10:44

ABŞ Müdafiə Nazirliyi Şimali Koreyada raket atışları üçün nəzərdə tutulan xüsusi meydançalara hava zərbələri endirmək üçün plan qurub. Modern.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

 

Əsas hücumun Quam adasında yerləşən “Anderson” bazasından havaya qalxacaq B-1B Lancer bombardumançı təyyarələri  ilə gerçəkləşdirilməsi nəzərdə tutulur. Zərbələr 20-yə qədər sınaq və texniki təminat obyektini əhatə edəcək.

 

Şimali Koreya və ABŞ arasında münasibətlər son sutkalar ərzində gərginləşib. Rəsmi Pxenyanın ABŞ bazalarını hədəfə alacaq planlarını açıqlamasından sonra Tramp ölkəsinin buna “od və qəzəb”lə cavab verəcəyini demişdi.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır