23 iyul 2018, Bazar ertəsi
Ana Səhifə - İQTİSADİYYAT - Turistlər daha çox hansı rayonlara səfər edirlər?
Turistlər daha çox hansı rayonlara səfər edirlər?
11.08.2017, 09:20

Azərbaycanda paytaxtda, o cümlədən  bölgələrdə turizmin inkişafı istiqamətində müxtəlif tədbirlər keçirilir, treninqlər, təlimlər təşkil edilir. Hazırda yay fəslinin ən qaynar dövrünü yaşayırıq. Məlumdur ki, avqust turizm sahəsinin daha çox canlandığı aydır.

Yerli əhali ilə yanaşı, digər ölkələrdən Azərbaycana gələnlər dincəlmək üçün regionlara üz tuturlar.

Maraqlıdır, turistlər daha çox hansı bölgələrə üz tuturlar?

 

Şamaxı, İsmayıllı, Qəbələ, Şəki...

 

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a açıqlamasında deyib ki, turistlər dincəlmək üçün daha çox şimal-qərb zonasına müraciət edirlər:

 

“Turistlər infrastruktru yüksək olan, daha yaxşı təşkil olunmuş, müxtəlif tipli otelləri olan bölgələrə  üz tuturlar. Bunlardan da ən yaxşısı şimal-qərb zonasıdır.

 

Bura Şamaxı, İsmayıllı, Qəbələ, Şəki , Qax, daha sonra Quba-Qusar zonası daxildir. Növbəti sıralarda isə cənub zonasını, yəni Lənkəran, Masallı, Leriki qeyd etmək olar. Əsasən ərəb və rus millətindən olan turistlər ilk növbədə şimal və şimal-şərq zonalarına gedirlər. Arzu edərdim ki, onlar nəinki, şimal-şərq, şimal-qərb, həm də cənub zonasına da çox üz tutsunlar.

Cənub bölgəsində həm Xəzər dənizi, həm də dağlar, meşələr kifayət qədərdir. Reklam, yaxud digər məsələlərin düzgün qurulmaması tursitlərin cənub bölgəsinə az ziyarətinə səbəb olur. Həmçinin həmin bölgədə otellərin sayı, xidmət səviyyəsi qənaətbəxş deyil.

 

Əlbəttə, cənub zonasının öz gözəlliyi var. Bu zonada daha çox daxili turizm yaxşı inkişaf edib. Yerli əhali cənub bölgəsində, xüsusilə də Lerikdə istirahət edir. 

 

Lerikdə “Relax”dan başqa yüksək səviyyəli otellər də inşa edilsə, yaxşı olardı. Aldığımız məlumata görə, hazırda Lənkəranda bir neçə otel tikilir. İnanırıq ki, bu otellər də gələcəkdə turizm maşurutları sırasına salınacaq”.

 

“Bölgələrdə turistlərə göstərilən xidmətlər  istənilən səviyyədə deyil”

 

M.Ağakərimov bölgə turizminin  hazırkı səviyyəsindən də söz açıb:

“Bölgə turizmi keçən illərə nisbətən daha çox inkişaf edib. Lakin  bununla yanaşı, biz eyni yerdə addımlamamalıyıq. Həmin bölgələrdə müxtəlif tipli otellər, mehmanxana müəssisələri tikməli, qida kefiyyətinə nəzarət etməliyik. Bölgələrdə turistlərə göstərilən xidmətlər hələ də istənilən səviyyədə deyil.  Xidmət səviyyəsi ilə yanaşı həmçinin qiymətlər müvafiq olarsa, Azərbaycan əhalisi də öz bölgələrimizdə istirahətə üstünlük verəcək. Bunun  üçün mütəxəssislər cəlb edilməlidir. Dəfələrlə bu barədə xəbərdarlıq edilsə də, sahibkarlar, müvafiq qurumlar  turizmə barmaqarası baxırlar. Əgər belə olmasaydı, bu söhbət uzun müddətdir, belə davam etməzdi. Radikal tədbirlər görülməlidir.

Bölgələrdəki turizm səviyyəsi heç olmasa qardaş Türkiyədəki kimi olmalıdır.  Deməli haradasa boşluq var və bu işi düzgün aparmırıq.

 

Hazırda regionlarda turizm peşə məktəbləri fəaliyyət göstərir. Deməli, onların da işi hələki yüksək səviyyədə deyil. İsmayıllı, Qəbələ, Quba, Qusar, Şəkidə turizm üzrə kurslar keçirilir. Lakin istədiyimiz səviyyədə deyil. Ya müəllimlərin səviyyəsi, ya da proqramlar qənaətbəxş deyil”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
151 dövlət əmlakı özəlləşdirilir
23.07.2018, 19:40

151 dövlət əmlakı özəlləşdirilir

Gömrük Komitəsi Türkiyə vətəndaşının iddialarına cavab verdi
23.07.2018, 19:25

Gömrük Komitəsi Türkiyə vətəndaşının iddialarına cavab verdi

Atletimiz Avropa birinciliyinin qızıl medalçısı oldu
23.07.2018, 19:19

Atletimiz Avropa birinciliyinin qızıl medalçısı oldu

TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib
23.07.2018, 19:09

TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib

Vaqif Dərgahlı: “Hovannisyan bizə növbəti dəfə haranı azad etməli olduğumuzu dəqiq göstərib”
23.07.2018, 18:59

Vaqif Dərgahlı: “Hovannisyan bizə növbəti dəfə haranı azad etməli olduğumuzu dəqiq göstərib”

Latviyada “Azərbaycan Ticarət Evi” açıldı
23.07.2018, 18:39

Latviyada “Azərbaycan Ticarət Evi” açıldı

Çavuşoğlu sabah Bakıya gəlir
23.07.2018, 18:29

Çavuşoğlu sabah Bakıya gəlir

Bolqarıstanla Müştərək Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirildi
23.07.2018, 18:18

Bolqarıstanla Müştərək Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirildi

Prezident yol tikintisinə 7.5 milyon manat ayırdı
23.07.2018, 18:12

Prezident yol tikintisinə 7.5 milyon manat ayırdı

Müdafiə Nazirliyi Tonoyanı biabır etdi
23.07.2018, 18:09

Müdafiə Nazirliyi Tonoyanı biabır etdi

Qazaxıstanın hərbi gəmiləri Bakıya gəldi
23.07.2018, 18:07

Qazaxıstanın hərbi gəmiləri Bakıya gəldi

Paşinyan Putinə telefon zəngi etdi
23.07.2018, 18:00

Paşinyan Putinə telefon zəngi etdi

"Azərbaycanda dini və məzhəb ayrıseçkiliyinə yol verilmir" - Allahşükür Paşazadə
23.07.2018, 17:57

"Azərbaycanda dini və məzhəb ayrıseçkiliyinə yol verilmir" - Allahşükür Paşazadə

Bakıda daha bir piyada ÖLÜMÜ
23.07.2018, 17:46

Bakıda daha bir piyada ÖLÜMÜ

 …“Ruhlar şəhəri” yolumuzu gözləyir                                         
23.07.2018, 17:37

 …“Ruhlar şəhəri” yolumuzu gözləyir                                         

“Dövlətqaçqınkom”da Ağdamın işğal günü anılıb
23.07.2018, 17:16

“Dövlətqaçqınkom”da Ağdamın işğal günü anılıb

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
23.07.2018, 17:09

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Eldar Əzizov 1-ci müavin vəzifəsinə aparılmayıb - Bakı Meriyasından rəsmi AÇIQLAMA   
23.07.2018, 17:04

Eldar Əzizov 1-ci müavin vəzifəsinə aparılmayıb - Bakı Meriyasından rəsmi AÇIQLAMA  

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? – DİM-dən XƏBƏRDARLIQ
23.07.2018, 16:55

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? – DİM-dən XƏBƏRDARLIQ

“Trampın Putinlə görüşməsi tarixi səhv idi”
23.07.2018, 16:51

“Trampın Putinlə görüşməsi tarixi səhv idi”

Yasamalda ağacları kimlər qurudurlar?.. - AÇIQLAMA
23.07.2018, 16:37

Yasamalda ağacları kimlər qurudurlar?.. - AÇIQLAMA

Fidan Məmmədova Azərbaycanı təmsil etdi
23.07.2018, 16:16

Fidan Məmmədova Azərbaycanı təmsil etdi

“Müəllimlər ödənişli təlimlərə könüllü qoşulurlar” - Cəsarət Valehov   
23.07.2018, 16:10

“Müəllimlər ödənişli təlimlərə könüllü qoşulurlar” - Cəsarət Valehov  

Şəhər və rayonlarda paylayıcı şəbəkələr yenidən qurulacaq
23.07.2018, 15:57

Şəhər və rayonlarda paylayıcı şəbəkələr yenidən qurulacaq

Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı - YENİLƏNİB
23.07.2018, 15:37

Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı - YENİLƏNİB

Aqrar sahədə də Könüllülər Hərəkatı yaradıldı   
23.07.2018, 15:33

Aqrar sahədə də Könüllülər Hərəkatı yaradıldı  

17 yaşlı qız imtahanda az bal topladığına görə intihar edib - YENİLƏNİB
23.07.2018, 15:28

17 yaşlı qız imtahanda az bal topladığına görə intihar edib - YENİLƏNİB

Rusiyanın hərbi gəmiləri Bakıya gəldi
23.07.2018, 15:21

Rusiyanın hərbi gəmiləri Bakıya gəldi

Dünya Çempionu Dağlıq Qarabağa qanunsuz səfər edib
23.07.2018, 14:56

Dünya Çempionu Dağlıq Qarabağa qanunsuz səfər edib

Dindarlar Gəncə hadisələrini qətiyyətlə pisləyirlər - VİDEO
23.07.2018, 14:53

Dindarlar Gəncə hadisələrini qətiyyətlə pisləyirlər - VİDEO

Ermənistanın Qarabağdakı qanunsuz iqtisadi fəaliyyəti haqda sənəd hazırlanıb - SİYAHI   
23.07.2018, 14:51

Ermənistanın Qarabağdakı qanunsuz iqtisadi fəaliyyəti haqda sənəd hazırlanıb - SİYAHI  

“Bölgələrdən bölgələrə” festivalı Göygöl rayonunda
23.07.2018, 14:50

“Bölgələrdən bölgələrə” festivalı Göygöl rayonunda

İŞİD İraq kürdlərinin paytaxtına hücum etdi – Ölənlər var
23.07.2018, 14:50

İŞİD İraq kürdlərinin paytaxtına hücum etdi – Ölənlər var

Azərbaycan Xarici İşlər Nazirliyindən “Ağdam açıqlaması”...   
23.07.2018, 14:36

Azərbaycan Xarici İşlər Nazirliyindən “Ağdam açıqlaması”...  

23.07.2018, 14:35

"Qarabağ"ın potensial rəqibləri məlum oldu

ARXİV