Modern.az

Putinin riskli Liviya oyunu – Moskva kimi Qəddafinin varisi görür?

Putinin riskli Liviya oyunu – Moskva kimi Qəddafinin varisi görür?

Dünya

16 Avqust 2017, 12:51

Liviyanın şərqində böyük ərazilərə nəzarət edən marşal Xəlif Haftar avqustun 12-dən Moskvadadır.

 

Modern.az “La Repubblica” qəzetinə istinadən xəbər verir ki, Avropa Şurasında beynəlxalq əlaqələr üzrə komitənin Liviya ilə bağlı eksperti Matttia Toaldo bununla bağlı şərh verib.

 

“Liviya Rusiyanın Yaxın Şərq və Şimali Afrikada artan nüfuzunun əsas maraqlarından birinə çevrilir. Lakin prezident Putin hansı addımı atacağı və yekun məqsədinin nə olacağını hələ müəyyən etməyib. Avropa rus siyasətini sülh yoxsa gərginlik arasında seçim etmək imkanındadır”.

 

“Rusiya təbii ki, general Haftarı dəstəkləmək niyyətindədir. Onun dinə qarşı sərt baxışları terrora qarşı effektiv sima olmasına şərait yaradır. Digər tərəfdən, generalı dəstəkləməklə Moskva Qahirə ilə də münasibətlərini yaxşılaşdırır. Paralel olaraq, Suriyada güc nümayiş etdirdikdən sonra Putin üçün 2018-ci il seçkiləri ərəfəsində özünü sülhməramlı kimi göstərmək istəyi də önəmlidir. Bununla o, Qərbin dağıtdığı ölkəni bərpa etdiyini nümayiş etdirmək istəyir”.

 

Ekspertin fikrincə, Putinin Liviya ambisiyaları münaqişənin dərinləşməsini İtaliya, Fransa və Böyük Britaniya gərginlik dərəcəsini azaltmaq üçün istifadə edə bilər.

“Moskva Suriya və Yaxın Şərq münaqişəsində olduğu kimi Liviya danışıqlarına dəvət olunmasını istəyir. Lakin bunun üçün Rusiya Liviyada münaqişə tərəflərinə silah satışından imtina etməlidir”.

 

Toaldonun fikrincə, İtaliya Moskvanın Liviya münaqişəsində iştirak etməsini istəyir lakin rusların yalnız Marşal Haftara yardım etmələri buna mane ola bilər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır