Modern.az

Türkiyədə Atatürkə münasibət dəyişib - SƏBƏBLƏR

Türkiyədə Atatürkə münasibət dəyişib - SƏBƏBLƏR

18 Avqust 2017, 10:28

Elə tarixi şəxslər var ki, onların şəxsiyyətinə və irsinə, xidmətlərinə hər zaman xüsusi münasibət olub. Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürk də onlardan biridir. Məhz bu səbəbdən ölkəmizdə də uzun müddətdir, Atatürk Mərkəzi fəaliyyət göstərir.

 

Digər tərəfdən zaman-zaman Atatürk haqqında fərqli fikirlər də səsləndirilir. Maraqlıdır, hazırda Türkiyədə Atatürkə olan münasibət əvvəlki illərlə müqayisədə necədir?

 

Bununla bağlı Azərbaycandakı Atatürk Mərkəzinin rəhbəri, deputat Nizami Cəfərov Modern.az-la düşüncələrini bölüşüb:

“Mənə elə gəlir ki, Atatürkə münasibət müəyyən qədər loyallaşır. Yəni onun Türkiyə Cümhuriyyətinin banisi, müasir Türkiyə dövlətinin yaradıcısı kimi  mövqeyini getdikcə daha yüksək qiymətləndirməyə başlayırlar.

 

Xüsusilə  son illərki hadisələrdən sonra bu proses daha da sürətlənib. Fətullahçı Terror Təşkilatının hərəkatı, ölkənin qanuni hakimiyyətinə qarşı çıxan aqressiv iddialar göstərdi ki, Atatürkə, onun ideologiyasına, qurduğu dövlətə, idarəçilik üsullarına və ümumiyyətlə o tarixə böyük hörmətlə yanaşmaq  lazımdır. Çünki o tarix  Türkiyə Cümhuriyyətinin bu günündə iştirak edir. Bu mənada düşünürəm ki, əvvəlki dövrlərdə Atatürkə qarşı özünü göstərən  müəyyən gərginliklər tədricən aradan qalxır”.

 

N.Cəfərov Azərbaycandakı  Atatürk Mərkəzinin fəaliyyətindən, digər ölkələrdəki mərkəzlərlə əlaqəsindən də söz açıb:

 

“Əvvəlki zamanlarda, yəni Atatürk mərkəzi yeni yaranan vaxt digər mərkəzlərlə əlaqə  daha sıx idi. Sonrakı vaxtlarda bu münasibətlər gücləndi. Lakin son dövrlərdə münasibətlərdə bir qədər soyuqluq yarandığını etiraf etmək lazımdır.

 

İndi tədricən münasibətlər düzəlir. Türkiyədəki Atatürk mərkəzlərində müəyyən fərqli baxışlar var. Bizi əsas  dövlət səviyyəsində, dövlətin birbaşa nəzarəti altında olan mərkəzlərlə, xüsusilə “Atatürk Kültür, Dil və Tarix Qurumu”,  “Atatürk Kültür Qurumu”, “Atatürk Araşdırma Mərkəzi” ilə   münasibətlər daha çox maraqlandırır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir