Modern.az

Yeltsinin avtomobili satışa çıxarılıb

Yeltsinin avtomobili satışa çıxarılıb

Aktual

18 Avqust 2017, 20:57

Rusiyanın birinci və prezidenti, mərhum Boris Yeltsinin “Mercedes-Benz S-klasse Trasco Bremen” markalı limuzini Sankt-Peterburqda 19,7 milyon rubla (565 min 390 manat, yaxud 332 min 426 dollar) satışa qoyulub. Modern.az "TASS" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı avtomobili satışa çıxaran salonun təmsilçisi deyib. Mənbəyə əsasən, eks-prezident bu maşınla rəsmi və şəxsi görüşlərə gedib.

Satış elanında bildirilir ki, avtomobildə Boris Yeltsin sürücü ilə birlikdə gəzib: “Bu maşını bizə xüsusi təyinatlı qarajdan Dövlət Dumasının deputatı gətirib. Maşın saz vəziyyətdədir. Satış qiymətini uyğun hesab edir və hələlik qaldırmağı planlaşdırmırıq. 1994-cü ildə istehsal edilmiş avtomobil cəmi 60 min km yol qət edib. Maksimal sürəti saatda 250 kilometrdir. Onu xüsusi sifariş əsasında hazırlayıblar”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı