Modern.az

ABŞ-da girov götürülən şəxslər azad edilib - YENİLƏNİB

ABŞ-da girov götürülən şəxslər azad edilib - YENİLƏNİB

Dünya

25 Avqust 2017, 01:13

Polis ABŞ-ın Cənubi Karolina ştatının Çarlston şəhərindəki restoranlardan birində silahlı kişi tərəfindən girov götürülən bütün şəxsləri azad edib. Modern.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, mətbəx işçisi kimi geyinən naməlum silahlı şəxs müəssisənin giriş qapısını bağlayaraq özünü "Çarlstonun yeni kralı" elan edib. Bəzi məlumatlara görə, restoranda 30 nəfərə yaxın adam olub.

Atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Cinayətkar da girovların azad edilməsi üzrə əməliyyat zamanı odlu silah yarası alıb. Onun vəziyyəti ağırdır.

Şəhər meri Con Teklenburq bildirib ki, insident terror aktı və ya irqçilik zəminində törədilən cinayət deyil.

 

 

22:52

 

ABŞ-da yenidən silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə  Cənubi Karolina ştatında restoranlardan birində qeydə alınıb. Belə ki, silahlı şəxs insanları girov götürüb.

Məlumatına görə, restoranda 30-a yaxın insan ola bilər. Hadisə nəticəsində br nəfərin yaralandığı bildirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır