Modern.az

Türkiyədə təbii fəlakət

Türkiyədə təbii fəlakət

Dünya

29 Avqust 2017, 20:01

Türkiyə yenidən təbii fəlakətlə üzləşib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə İstanbul şəhərinə güclü yağış və dolu yağıb. Sinoptiklərin xəbərdarlığının ardınca İstanbulun şimal hissəsində güclü küləklə müşayiət olunan yağmur başlayıb.

Güclü yağış səbəbindən şəhərin Şişli, Dolapdərə, Beşiktaş və digər səmtlərində küçələri sel basıb. Avtomobillər və tramvaylar selin ortasında qalıb.

 

Sinoptiklərın xəbərdarlığına görə, güclü yağış və fırtınanın miqyası getdikcə genişlənə bilər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır