Modern.az

II Avropa Oyunlarının keçirilməsi ilə bağlı müqavilə imzalandı

II Avropa Oyunlarının keçirilməsi ilə bağlı müqavilə imzalandı

Aktual

1 Sentyabr 2017, 21:14

Minsk və Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi II Avropa oyunlarının 2019-cu ildə keçirilməsinə dair müqavilə imzalayıb. Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, sənədi Minsk şəhər İcraiyyə Komitəsinin sədri Andrey Şorets, AOK-un prezidentinin səlahiyyətlərini icra edən Yanez Koçiançiç, həmçinin Belarus və Avropanın digər idman rəsmiləri imzalayıb.

Yarış proqramına 15 idman növü daxil edilib. Buraya badminton, 3×3 basketbol, boks, güləş, velosiped idman növü, gimnastika, cüdo, karate, yüngül atletika, stolüstü tennis, çimərlik futbolu və s. daxildir.

Atletlər Minskdə 23 idman növü üzrə 189 mükafat dəsti uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, ilk Avropa oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçirilib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır