Modern.az

Salyan-Biləsuvar yolunun yararsız hissəsi bərpa olundu

Salyan-Biləsuvar yolunun yararsız hissəsi bərpa olundu

Aktual

1 Sentyabr 2017, 21:43

Yararsız halda olan Ələt-Astara avtomobil yolunun Salyan və Biləsuvar rayonları arasında yerləşən 2 km-lik hissəsi bərpa olunub. Modern.az "Azəravtoyol" ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, qeyd edilən yol artıq sürücülərin istifadəsinə verilib.

 

"Bir müddət bundan öncə ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində yolun hərəkət hissəsi dağılaraq yararsız hala düşən Ələt-Astara avtomobil yolunun Salyan və Biləsuvar rayonları arasında yerləşən 2 km-lik hissəsi qısa müddət ərzində bərpa olunub. Yol artıq sürücülərin istifadəsinə açıqdır", - məlumatda qeyd edilib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır