Modern.az

ABŞ-da təyyarə qəzası: Bir ailənin 4 üzvü öldü

ABŞ-da təyyarə qəzası: Bir ailənin 4 üzvü öldü

Dünya

17 Sentyabr 2017, 21:16

ABŞ-da təyyarə qəzası olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Fort-Kollins şəhərində qeydə alınıb. Məlumata görə, yüngülmühərrikli "Cirrus SR22" təyyarəsi qəzaya uğrayıb. Belə ki, səmaya qalxaraq Moava (Yuta ştatı) doğru uçan təyyarə Kolorado ştatında, Denverdən 270 kilometr qərbdə qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə bir ailənin 4 üzvü olub. Onların hamısı qəzada həlak olub. Ölənlərin şəxsiyyəti açıqlanmır.

 

Qeyd edək ki, qəzanın başvermə səbəbləri hələlik məlum deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır