Modern.az

Təmayül siniflər təşkil ediləcək

Təmayül siniflər təşkil ediləcək

Aktual

19 Sentyabr 2017, 10:47

2017/2018-ci tədris ilində Azərbaycan məktəblərinin bir neçəsində təmayül siniflər təşkil ediləcək.

 

Təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərdə əsasən texniki, riyaziyyat iqtisadiyyat, humanitar və təbiət təmayüllü, habelə texniki və riyaziyyat-iqtisadiyyat, texniki və təbiət,  riyaziyyat-iqtisadiyyat və humanitar  təmayüllü siniflərin təşkili  nəzərdə tutulub.

 

Bu barədə Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna  cavab olaraq deyilib.

 

Həmçinin, ölkə üzrə təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərin və siniflərin ümumi sayı da bəllidir.

 

“2017-2018-ci dərs ilində ölkənin 900-dən çox ümumtəhsil məktəbində təmayül siniflərin  təşkil olunması və buraya 30.000-ə yaxın şagirdin cəlb olunması gözlənilir. Daha dəqiq məlumatlar dərs ili başlandıqdan və hesabatlar qəbul edildikdən sonra məlum olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır