Modern.az

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq

20 Sentyabr 2017, 17:48

İraq kürdlərinin sentyabrın 25-də keçirəcəyi müstəqillik referendumu referendumun keçiriləcəyi bölgələrdə yaşayan 3 milyonluq türkmən icmasının da narazılığına səbəb olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İraq Kürdüstanın inzibati tərkibinə daxil olmayan Naynava və Kərkük vilayətlərinin də referendumun keçiriləcəyi bölgəyə daxil edilməsi türkmən və ərəb sakinlərinin etirazına səbəb olub.

 

Təsadüfi deyli ki, referendum ideyası həm Ankaran, həm Tehranı, həm Vaşinqtonu, həm də mərkəzi Bağdad hökumətinin narazılığına səbəb olub. İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani 25 sentybar referendumundan sonra İranın Kürdüstan əraziləri ilə sərhəd xəttinin bağlanacağını, hətta ərazidə kiçik hərbi əməliyyatlar da keçirilə biləcəyini deyib.

“İran bu gündən sonra ümumi sərhədlərdən də daha dərin ərazilərə nüfuz edəcək”.

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə sentyabrın 22-də Nyu-Yorkdan qayıtdığı gün təhlükəsizlik Şurasının iclasını keçirəcək.

“Bu iclasdan sonra Bərzani Türkiyənin məsələyə həssaslığını daha yaxşı anlayacaq” –deyə Ərdoğan deyib.

 

İraqın baş naziri Heydər Abadi isə daha da sərt çıxış edərək Bağdad hökumətinin hərbi əməliyyatlara hazır olduğunu deyib. Lakin Ərbildəki kürd rəhbərliyi ilə danışıqlara hazır olduğunu da əlavə edib.

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır