Modern.az

Elçin Quliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi

Elçin Quliyev

Aktual

21 Sentyabr 2017, 15:08

Prezident İlham Əliyev Elçin Quliyevin "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Elçin İsağa oğlu Quliyev «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilsin.


Modern.az-ın məlumatına görə, general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisidir. Sabah onun ad günüdür, generalın 50 yaşı tamam olur.
E.Quliyev 31 iyul 2002-ci il tarixindən indiyədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsini tutur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır