Modern.az

Myanma qaçqın rohincalara vətəndaşlıq verəcək

Myanma qaçqın rohincalara vətəndaşlıq verəcək

Aktual

21 Sentyabr 2017, 15:28

Myanma hakimiyyəti ölkəni tərk edərək Banqladeşdə məskunlaşan 470 min rohinca xalqının nümayəndəsinə vətəndaşlıq verməyi düşünür.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir San Su Ci Rakhayn vilayətinə xüsusi təftiş komissiyası göndildiyini deyib. Onun sözlərinə görə bütün rohincalar deyil, yalnız Myanmaya 1947-ci ildən əvvəl köçən şəxslərin ölkə vətəndaşlığını ala biləcəyini deyib.

 

Qeyd edək ki, 1982-ci ildə qəbul olunan Myanma konstitusiyası ölkə vətəndaşlığına yalnız 135 yerli xalqın nümayəndəsinə verilə biləcəyini qeyd edib. Həmin xalqlar arasında isə rohicanların adları yoxdur. Onların Britaniya müstəmləkəsi olan dövrdə Myanmaya gətirildiyi iddia olunur. Buna görə də onlar Myanmada qeyri-qanuni miqrant kimi tanınırlar.

 

 

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır