Modern.az

ATƏT PA-nın xüsusi nümayəndəsi Bakıya gəlir  

ATƏT PA-nın xüsusi nümayəndəsi Bakıya gəlir   

Aktual

23 Sentyabr 2017, 13:23

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana gəlir.

Modern.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Kristian Vigenin bölgəyə səfəri sentyabrın 24-də Azərbaycandan başlayacaq. Daha sonra o, Gürcüstan və Ermənistana səfər edəcək. Səfər sentyabrın 30-da başa çatacaq.

 

K.Vigen Azərbaycan, Gürcüstan və Ermənistanda hökumət rəsmiləri, parlamentarilər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə regionda uzun müddət davam edən münaqişələrin sıravi insanların həyatına təsiri ilə bağlı müzakirələr aparacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır