Modern.az

“Həbsxanada hazırlanıb” adlı brend yarana bilər

“Həbsxanada hazırlanıb” adlı brend yarana bilər

Dünya

23 Sentyabr 2017, 20:18

Rusiyanın Federal Cəzaçəkmə Xidmətinin (FCX) Kaluqa vilayəti üzrə idarəsi “Həbsxanada hazırlanıb” adlı əmtəə nişanının dövlət qeydiyyatına alınması üçün İntellektual Xidmət üzrə Federal Xidmətə (“Rospatent”) müraciət edib.

 

Modern.az  “Report”a istinadən xəbər verir ki, məqsəd məhbusların hazırladığı məhsulları vahid brend altında satmaqdır.

 

Qeyd edək ki, Rusiya həbsxanalarında 100 mindən artıq adda məhsul hazırlanır, müxtəlif fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələr əsasında satışa çıxarılır. 2016-cı ilin oktyabrında FCX bu müqavilələrin hesabına 50 mlrd. rubl gəlir əldə edildiyini bəyan edib. Qurumun 2014-cü ildən ayrıca ticarət evi fəaliyyət göstərir.

 

Xatırladaq ki, “Həbsxanada hazırlanıb” (“Made in jail”) adlı brend ilk dəfə ötən əsrin 80-ci illərində İtaliyada meydana çıxıb. İdeya vaxtilə paytaxt Romada mövcud olmuş həbsxanalardan birinə məxsusdur. Hazırda İtaliyada bu əmtəə nişanı ilə futbol geyimləri istehsal edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır