Modern.az

3 gün əvvəl itkin düşmüş qadın tapıldı - QAXDA

3 gün əvvəl itkin düşmüş qadın tapıldı - QAXDA

Aktual

24 Sentyabr 2017, 15:55

Sentyabrın 21-də Qax rayonu ərazisində itkin düşmüş qadın tapılıb.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva Qax rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-ü günorta saatlarında tapılıb.

 

Tanışının evində olan qadın ailəsinə təhvil verilib.

 

Qadın sentyabrın 21-i səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır