Modern.az

Almaniyada aksiyalar başlayıb

Almaniyada aksiyalar başlayıb

Dünya

25 Sentyabr 2017, 00:18

Almaniyada seçkilərin ilkin nəticəsinin açıqlanmasından sonra Berlinin mərkəzində aksiya keçirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya üçün Alternativ Partiyasının əleyhdarlarının etiraz aksiyası başlayıb. Aksiya Alternativ Partiyasının Bundestaq seçkilərinin nəticələrini qeyd etdiyi bina yaxınlığında baş verib. Aksiyanın təşkilatçılarından olan Hans Zommer hazırda 1300 nəfərin etirazlarda iştirak etdiyini bildirib.

Qeyd edək ki, aksiya təşkilatçıları etirazların dinc xarakter daşıdığını bildirsə də, hadisə yerinə xeyli sayda polis və xüsusi təyinatlı dəstələr cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır