25 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - CƏMİYYƏT - Abdulatipov nümunəsi - Məmurlarımız niyə özlərinə zülm edirlər...  
Abdulatipov nümunəsi - Məmurlarımız niyə özlərinə zülm edirlər...  
06.10.2017, 09:09

Bu günlərdə Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri, 71 yaşlı Ramazan Abdulatipovun istefa verməsi gözlənilməz olduğu qədər də cəmiyyətdə maraqla qarşılandı. Çünki Ramazan Abdulatipovun özü istefasını yaşıyla əlaqələndirib: “Mənim 71 yaşım var. Məncə, artıq bəsdir”. 

Bəziləri bu hərəkətindən dolayı sabiq rəhbəri tərif yağışına tutsa da, əksəriyyət onun buna məcbur edildiyi qənaətindədir. Abdulatipovun istefa ərizəsini yazmasından sonra sakit təqaüdçü həyatı sürməsi, evinə, ailəsinə daha çox zaman ayıra bilməsi, sağlamlığına fikir verməsi məsələyə müsbət aspektdən yanaşmağa imkan verir...

Maraqlıdır, bəs Azərbaycan məmurlar niyə nəvə ilə oynamaq əvəzinə təyyarə ilə uzaq rəsmi səfərlərə gedir, sağlamlıqlarına diqqət etməli olduqları vaxtda stress yaşamaq məcburiyyətində qalır, gərgin rejimdə çalışmaqdan canlarını qurtamaq istəmir, nədən özlərinə zülm edirlər? Axı onların bir çoxu Ramazan Abdulatipovdan da yaşlıdır... Nədir onları buna vadar edən?

 

Vəzifədən asılı qalan “şəxsiyyət”

 

Modern.az bu suallara sosioloq Əhməd Qəşəmoğludan aldığı cavablarla aydınlıq gətirməyə çalışıb.

Sosioloq ilkin olaraq deyib ki, əslində Abdulatipovun istefa verməsi, yaxud buna vadar edilməsi bizə dəqiq məlum deyil:

“Amma istefa məsələsinə gəldikdə, bu, günümüz üçün çox aktual məsələdir. Bizdə məmurların bir çoxu ona görə istefa verə bilmir ki, vəzifədə olarkən çoxlu, geniş səlahiyyətlərə sahib olur. Özlərini bu cəmiyyətdə şəxsi keyfiyyətlərinə görə yox, tutduqları vəzifələrinə görə tanıda bilirlər. Ona görə də vəzifədə olduqları müddətdə tanınırlar, üzdədirlər, ətraflarında müəyyən nüfuza malikdirlər.

İkincisi, həm də təəssüf doğuranı odur ki, vəzifədə olanların əksəriyyəti ciddi biznes fəaliyyətilə məşğuldurlar. Onların hər birinin kurasiyasında bir neçə biznes qurumlar var. Biznes qurumlarının fəaliyyətini təmin etmək üçün vəzifə onlara zəruridir. Vəzifəsiz həmin biznes fəaliyyətinin davam etməsi, ayaqda qalması çətin olar”.
 

İstefa mədəniyyəti...

Ə.Qəşəmoğlu bildirib ki, bəzən vəzifəlilər qorxduqları üçün kreslolarını tərk etmirlər:

“Çünki, məmurların bir qismi fəaliyyətdə olduğu zaman elə sənədlərə imza atıblar, elə hadisələrə şahidlik ediblər ki, kiminsə bu məsələləri araşdırmasını istəmir. İstəyir ki, hər şey onun nəzarəti altında olsun. Digər tərəfdən, bizdə istefa vərdişi, istefa mədəniyyəti formalaşmayıb. Bir mühüm səbəb də var”.
 

Səməd Vurğun, Rəsul Rza niyə vəzifəsini itirməkdən qorxmalı idi?...


Müsahibimiz Sovet dönəmində istifadə edilən bir eksperimentdən də bəhs edib:

“Məsələn, Rəsul Rza, Süleyman Rəhimov, Səməd Vurğunu yüksək posta təyin edirdilər. Bu adamların vəzifədən kənarlaşdırılması böyük bir faciə deyildi. Çünki Rəsul Rzanı, Səməd Vurğunu, Süleyman Rüstəmi vəzifədən çıxartsan da, yenə həmin adam idilər. Yenə də böyük yaradıcılıqla məşğul olacaqdılar. İnsan öz şəxsiyyətini təsdiq etmək istəyir. Qabiliyyəti, istedadı olan insanlar çox vaxt vəzifəyə aludə olmurlar. Amma o adamların ki, həyatda qazandıqları, özünütəsdiq üçün əsas vasitəsi yalnız vəzifədən asılı səbəblərdir, demək vəzifədən getmək onlar üçün fəlakətə bərabərdir. Onlar vəzifədən getməklə hər şeyini itirmiş hesab olunur.

 

İstefa, mülklərin siyahısı, qalmaqal...

 

Ə.Qəşəmoğlu bildirir ki, yüksək ranqlı məmurlar arasında istefa vermək istəyən, amma qınaqdan qorxanlar da az deyil:

“Yüksək vəzifədə olan insanlarla dostluq münasibətlərində olduqlarım çoxdur. Onlar arasında istefaya getməkdən qorxanlar da var. Bəzi insanlar şəxsən deyir ki, “qorxuram istefa verirəm desəm, mənə pis baxarlar. Deyərlər görəsən, nə məsələ var ki, bu istefaya gedir”. Bütün bunların hamısı yekunda elə bir vəziyyət yaradıb ki, Azərbaycan məmuru bu gün istefaya gedə bilmir. Bəzilərində istefa mədəniyyəti, arzusu olsa da, qeyd etdiyim səbəblərdən buna getmir. Çünki bilirlər ki, istefaya gedən kimi bütün əmək fəaliyyətini təftiş etməyə başlayacaqlar. Olan, olmayan mülklərinin siyahısını dərc edəcəklər”.

Yəqin bu səbəbdəndir ki, məmurlarımız “özü harada qırılar, qırılar” prinsipindən çıxış edirək, kreslolarından bərk-bərk yapşırlar...

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyə ordusu 24 terrorçunu məhv etdi
25.06.2018, 13:45

Türkiyə ordusu 24 terrorçunu məhv etdi

BMqT-nin nümayəndəsi qaçqın problemi haqda məlumatlandırıldı   
25.06.2018, 13:41

BMqT-nin nümayəndəsi qaçqın problemi haqda məlumatlandırıldı  

“Hərbi paradla çox ciddi siyasi mesajlar veriləcək” - Politoloq gözlənilən hadisəni ŞƏRH ETDİ
25.06.2018, 13:36

“Hərbi paradla çox ciddi siyasi mesajlar veriləcək” - Politoloq gözlənilən hadisəni ŞƏRH ETDİ

Türkiyə parlamentinin Şuşadan olan azərbaycanlı millət vəkili Modern.az-a DANIŞDI
25.06.2018, 13:18

Türkiyə parlamentinin Şuşadan olan azərbaycanlı millət vəkili Modern.az-a DANIŞDI

Xızıda maşın aşdı - sürücü öldü
25.06.2018, 13:12

Xızıda maşın aşdı - sürücü öldü

Sabahkı istilərlə bağlı rəsmi XƏBƏRDARLIQ
25.06.2018, 13:10

Sabahkı istilərlə bağlı rəsmi XƏBƏRDARLIQ

“Türkiyə mühüm bir mərhələyə qədəm qoydu” - Depuat seçkiləri QİYMƏTLƏNDİRDİ
25.06.2018, 12:44

“Türkiyə mühüm bir mərhələyə qədəm qoydu” - Depuat seçkiləri QİYMƏTLƏNDİRDİ

İran prezidenti də Ərdoğanı təbrik etdi
25.06.2018, 12:44

İran prezidenti də Ərdoğanı təbrik etdi

Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHI   
25.06.2018, 12:38

Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHI  

Tərcümə Mərkəzinin nəşrləri xarici mətbuatda
25.06.2018, 12:30

Tərcümə Mərkəzinin nəşrləri xarici mətbuatda

Saxta manatı dollara satmaq istəyən Gəncə sakini saxlanıldı
25.06.2018, 12:28

Saxta manatı dollara satmaq istəyən Gəncə sakini saxlanıldı

Xanım jurnalistə ağır itki üz verdi   
25.06.2018, 12:28

Xanım jurnalistə ağır itki üz verdi  

Nərimanovda piyadanı vurub öldürən sürücü tutuldu
25.06.2018, 12:27

Nərimanovda piyadanı vurub öldürən sürücü tutuldu

Yerevan meriyası önündə aksiyalar BAŞLAYIB
25.06.2018, 12:23

Yerevan meriyası önündə aksiyalar BAŞLAYIB

Fuad Muradov Türkiyədə millət vəkili seçilən azərbaycanlıya zəng etdi   
25.06.2018, 12:18

Fuad Muradov Türkiyədə millət vəkili seçilən azərbaycanlıya zəng etdi  

Putin Ərdoğana: “Qələbə sizin böyük avtoritetinizdən xəbər verir”
25.06.2018, 12:15

Putin Ərdoğana: “Qələbə sizin böyük avtoritetinizdən xəbər verir”

Neft gəlirlərini indi elə xərcləmək lazımdır ki… - Deputat istiqamətləri sadaladı   
25.06.2018, 12:12

Neft gəlirlərini indi elə xərcləmək lazımdır ki… - Deputat istiqamətləri sadaladı  

1 ton 400 kq narkotik dövriyyədən çıxarılıb - Əli Həsənov
25.06.2018, 12:05

1 ton 400 kq narkotik dövriyyədən çıxarılıb - Əli Həsənov

Dəmirəlin doktoru, Bülent Arınçın oğlu, “Fənərbaxça”nın keçmiş futbolçusu deputat seçildi
25.06.2018, 11:58

Dəmirəlin doktoru, Bülent Arınçın oğlu, “Fənərbaxça”nın keçmiş futbolçusu deputat seçildi

Azərbaycanın ÜDM-i artıb: Nazir tapşırıq verdi
25.06.2018, 11:54

Azərbaycanın ÜDM-i artıb: Nazir tapşırıq verdi

Baytarlıq Xidmətinin rəhbərliyi yoxlama apardı
25.06.2018, 11:51

Baytarlıq Xidmətinin rəhbərliyi yoxlama apardı

Leysan yağışları Daşkəsəndə problem yaratdı
25.06.2018, 11:25

Leysan yağışları Daşkəsəndə problem yaratdı

Bakıda məşhur falçı məhkəmə zalından azadlığa buraxıldı
25.06.2018, 11:21

Bakıda məşhur falçı məhkəmə zalından azadlığa buraxıldı

Cənubi və Şimali Koreyada yaşayan qohumlar görüşdürüləcək   
25.06.2018, 11:01

Cənubi və Şimali Koreyada yaşayan qohumlar görüşdürüləcək  

Gəncədə YAP fəalları “atışdılar” - FOTOLAR
25.06.2018, 10:51

Gəncədə YAP fəalları “atışdılar” - FOTOLAR

“Bütün taksitlər Milana aparır” lotereyasının birinci tirajı keçirildi
25.06.2018, 10:46

“Bütün taksitlər Milana aparır” lotereyasının birinci tirajı keçirildi

BANM-ın tələbələri yay istehsalat təcrübəsində
25.06.2018, 10:44

BANM-ın tələbələri yay istehsalat təcrübəsində

Sabahkı paradın aparıcısı məlum oldu   
25.06.2018, 10:33

Sabahkı paradın aparıcısı məlum oldu  

Lent.az-ın 10 yaşı tamam oldu
25.06.2018, 10:26

Lent.az-ın 10 yaşı tamam oldu

Ukrayna dünyanı heyrətə salacaq silahların sınaqlarını KEÇİRDİ
25.06.2018, 10:20

Ukrayna dünyanı heyrətə salacaq silahların sınaqlarını KEÇİRDİ

Füzuli bölgəsində taxıl biçini hələ yekunlaşmayıb
25.06.2018, 10:11

Füzuli bölgəsində taxıl biçini hələ yekunlaşmayıb

Əmanətlərin Sığortalanması Fondu sorğu elan etdi
25.06.2018, 10:00

Əmanətlərin Sığortalanması Fondu sorğu elan etdi

İyunun 27-də 70 min şagird buraxılış imtahanı verəcək
25.06.2018, 09:57

İyunun 27-də 70 min şagird buraxılış imtahanı verəcək

Bolqarıstan baş naziri Ərdoğanı təbrik etdi   
25.06.2018, 09:54

Bolqarıstan baş naziri Ərdoğanı təbrik etdi  

Bu gün AŞPA-nın yay sessiyası başlayır
25.06.2018, 09:51

Bu gün AŞPA-nın yay sessiyası başlayır

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(11.5%)
Braziliya(24.7%)
Almaniya(10.6%)
İngiltərə(2.21%)
Portuqaliya(11.9%)
İspaniya(5.30%)
Fransa(4.42%)
Belçika(2.65%)
Seneqal(3.53%)
Rusiya(23.0%)