Modern.az

Lənkəranda evdən külli miqdarda pul oğurlanıb

Lənkəranda evdən külli miqdarda pul oğurlanıb

Hadisə

8 May 2024, 11:50

Lənkəranda evdən oğurluq edilib.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Liman şəhəri ərazisində yerləşən evlərdən birindən 8000 ABŞ dolları və 930 000 rus rublunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə Bakı şəhərində və Rövşən Nuruşov Saatlı rayonunda saxlanılıblar.

 

Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib.

 

Araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi