“Mən dərslikdə olan məlum problemi texniki səhv hesab edirəm. Dərsliklərdə səhvlər hər zaman olub. Hətta elə dərsliklər olub ki, ordadakı səhvlər 10 illərlə qalıb. Bizim bu dərsliyimiz çap olunmazdan əvvəl elektron variantda müzakirə də edilib. Bəzi qeydlər aparılıb. Dərslikdə olan məlum problemin texniki səhv olduğunu Təhsil Nazirliyi, nəşriyyat və müəlliflər də etiraf ediblər”.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxelogiya və etnoqrafiya institunun aparıcı elmi işçisi, X siniflər üçün rus dilində “Всеобщая история” (“Ümumi tarix”) dərsliyinin müəlliflərindən olan Təvəkkül Əliyev Modern.az-a açıqlamasında deyib.
O, bildirib ki, çox qısa müddətdə dərslikdə olan qüsur aradan qaldırılıb və yenidən nəşr olunub.
“Bundan sonra dərslik rusdilli məktəblərimizə paylanılıb. Tarix dərslikləri həm də siyasi məsələ deməkdir. Burada çoxlu ideoloji məsələlər var. Ayrı-ayrılıqda bu dərsliyin müəllifləri tanınmasa da, onu deyim ki, biz vətənimizi çox sevirik. Biz nədən imtina edirik, ermənilər ona sahib çıxırlar. Bəzi sözlər var ki, onlardan imtina etdikcə, özümüzə qarşı istifadə edilir. Əvvəllər ermənilər “Dağlıq Qarabağ” deyirdilər. İndi isə “Artsax” deyirlər. Bu əsl türk sözüdür - “Ər-sax”. Biz indi “Artsax” sözünü kitablarda işlədə bilmərik. Çünki başqa cür başa düşüləcək. Çünki biz “Artsax” sözünü işlədən kimi deyəcəklər ki, ermənindir, adını çəkməyin. İnandırım sizi ki, “Artsax” deyənləri xalq düşmənləri adlandıracağıq. Halbuki, bizim sözdür və dədə-baba ərazimizdir”.
T.Əliyev deyib ki, qalmaqallı dərsliyin müəlliflərini nazirliyə çağırıblar və orada məsələnin məğzi öyrənilib.
“Amma müəlliflərlə bağlı hər hansısa cəza tədbiri görülməyib. Sadəcə, nazirlikdə dərsliklə bağlı səmimi müzakirə aparıldı. Əsas məqsəd də bu idi ki, belə hallara gələcəkdə yol verilməsin. İclasda xəritə ilə bağlı da fikir mübadiləsi aparıldı. Biz etiraf edirik ki, xəritədə Albaniyanın adı yazılmalı və ərazisi göstərilməliydi. Bu qüsurdur. Biz bunu versəydik, bəlkə də bu söz-söhbətlər olmazdı. Bizdə kartoqrafiya inkişaf etməyib və ona görə də bu kimi problemlər ortaya çıxır. Bizim xəritə işi ilə bağlı problemlərimiz var”.
Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün X sinif “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı yaranmış qalmaqal bir neçə gündür cəmiyyətin geniş müzakirəsinə səbəb olub.
Qalmaqala səbəb Qədim Roma imperiyasının xəritə toponimlərinin dərslikdə düzgün təsvir olunmamasıdır. Bu xəritədə yanlış olaraq uydurma “Böyük Ermənistan"ın ərazisinin təsvir olunması böyük əksəriyyəti hiddətləndirib.
Təhsil Nazirliyi bildirib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki qüsur baş verib.
Aşkarlanmış səhv dərsliyi çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılandan sonra onu yenidən nəşr edərək, məktəb kitabxanalarına təhvil veriblər.
Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.
Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü
Azərbaycan neftinin SON QİYMƏTİ
Tarixi görüş sabah baş tutacaq
Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb
Ahıllar üçün alternativ “Facebook” yaradıldı
Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA
Olimpiada “çempionları” və 600 bal toplayanları yetişdirən, rekorda imza atan ucqar kənd müəllimi - LAYİHƏ
Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi
"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ
Çernobıl əlillərinin təqaüdü 181,5 manata çatdırıldı
“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN
ABŞ-ın dövlət katibi oldu - Pompeo
Dünyanın ən təhlükəli saytlarından biri bağlandı
Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi
Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu
Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib
SOCAR-la BP arasında yeni saziş imzalandı
Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq
İlham Əliyev Böyük Britaniya Baş naziri ilə görüşdü
Rusiya XİN: "Ümid edirik ki, danışıqlar bəpra olunacaq"
İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO
Sabah Bakının 2 rayonunda qaz olmayacaq
“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib
Ölü dənizdə 10 nəfər itkin düşdü
DİN-də geniş əməliyyat müşavirəsi keçirilib
Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı
Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək
Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü
Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”
Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu
Azərbaycan, İran və Rusiyanın energetika nazirləri protokol imzaladılar
Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı
Manatın sabahkı MƏZƏNNƏSİ
Şərh yaz