Modern.az

JTI şirkəti Azərbaycanda 8-ci su təchizatı layihəsini həyata keçirdi

JTI şirkəti Azərbaycanda 8-ci su təchizatı layihəsini həyata keçirdi

Aktual

12 Oktyabr 2017, 18:20

JapanTobaccoInternational (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirmişdir. Sayca səkkizinci olan layihə Ağdam rayonunun Dördyol qəsəbəsində Mili Qeyri-Hökumət Təşkilatları Forumu(MQF) və Ağdam rayon icra hakimiyyəti ilə birlikdə həyata keçirilmişdir.

 

Açılış mərasimində çıxış edən Ağdam rayon icra hakimiyyətinin başçısının birinci müavini Allahverən Əliyev və MQF-nin Prezidenti Rauf Zeynilayihənin icrasında maliyyə dəstəyi göstərdiyinə, xüsusilə də belə bir layihənin cəbhəyanı bölgə olan Ağdam rayonunda icra edilməsinə görə JTI şirkətinə öz minnətdarlığını bildirdilər. JTI şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin meneceri Əli Verdiyev layihənin uğurla icra edildiyini qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını bildirdi. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verildi.

 

Əhalisinin sayı 5000-ə yaxın olan Dördyol qəsəbəsində içməli su layihəsi MQF tərəfindən icra edilmişdir. Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılmış, müvafiq borular və bir neçə tonluq çən quraşdırılmışdır. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxıvə Səlyanrayonlarında da su təminatı layihələri həyata keçirilmişdir. Bu layihələrin icrası nəticəsində 25,000-dən çox adam təmiz içməli su ilə təmin edilmişdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır