22 sentyabr 2018, Şənbə
Ana Səhifə - GÜNDƏM - UNEC-də sosial biznes konsepsiyası müzakirə olunub
UNEC-də sosial biznes konsepsiyası müzakirə olunub +
13.10.2017, 09:51

UNEC-də "Sosial Biznes Central Locked: Azərbaycanda Reallıqlar və Perespektivlər" mövzusunda konfrans keçirilib.

 

Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan konfransın təşkilatçıları UNEC , Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycan Yunus Sosial Biznes Mərkəzidir.

 

Rektor, professor Ədalət Muradov bildirib ki, UNEC-in məqsədi dünya iqtisadiyyatında baş verən ən aktual məsələlərin tədqiqatında yaxından iştirak etməkdir. Bu istiqamətdə UNEC-də görülən işlərdən bəhs edən rektor dünya təcrübəsində ilk dəfə olaraq Azərbaycan neftinin dünya bazarında qiymətinin proqnozlaşdırıldığını, UNEC Tədqiqat Fondunun xətti ilə Rusiyanın rəqəmsal iqtisadiyyat və e-maliyyə üzrə tanınmış eksperti, professor Ruslan Makarovla kriptovalyuta və e-pullar mövzusunun müzakirə edildiyini diqqətə çatdırıb.

 

Diqqətimizi cəlb edən mövzulardan biri də sosial biznesdir , deyən Ə.Muradov cəmiyyətə azad kapitalizm ideyasının alternativi olaraq təqdim edilən sosial biznesin özəlliklərindən danışıb: "Burada sahibkarlıq fəaliyyətinin məqsədi mənfəət deyil, cəmiyyətdəki problemlərin həllidir. Bu baxımdan əminliklə deyə bilərəm ki, biz , təhsil müəssisəsi olaraq müəyyən mənada sosial bizneslə məşğuluq. Məzunlarımızın işlə təmin olunması qarşımızda çox ciddi məsələ kimi dayandıqda Nobel Mükafatçısı Məhəmməd Yunusun "sən iş axtarma, iş yarat!" Fikri bizə mükəmməl bir ideya verir ".

 

Sosial startapların önəmindən danışan rektor məzunların işəgötürəndən asılı olmaqdansa, onlara rəqabət yaratmasını istədiklərini bildirib. Ə.Muradov məzunların öz gələcəyini təmin etməsi və yaratdıqları biznesə tələbə yoldaşlarını cəlb etməsini onların işsizlik probleminin alternativsiz həlli yolu adlandırıb.

 

Nobel Sülh Mükafatı Konfransda Laureatı Məhəmməd Yunusun videomüraciəti yayımlanıb. Konfransın işinə uğurlar arzulayan Nobel mükafatçısı Azərbaycana səfərini məmnuniyyətlə xatırlayaraq, BAMF prezidenti Umud Mirzəyev və UNEC rektoru Ədalət Muradovla görüşündən bəhs edib: "Görüşlərimizdə bu qənaətə gəldik ki, biz diqqətimizi sosial biznes üzərində cəmləyərək münasibətlər qura bilərik və indi də bunu uğurla icra edirik. Mən əminəm ki, Azərbaycan höküməti insanların problemlərini həll etmək istiqamətində müvafiq addımlar atır, amma insanlar da həyatlarını özləri qurmaqda fəal olmalıdırlar. Bu, mənim inamımdır ". Bir insanın sərhədsiz hər yaradıcı imkanlarla yoğrulduğunu Bunun və Sosial biznes ideyasının başlanğıc fikri olduğunu diqqətə çatdıran M.Yunus Sosial bizneslə dünyanı dəyişmək mümkün olduğunu bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli sosial biznes konsepsiyasının əhəmiyyətinə toxunaraq, bu istiqamətdə dövlət tərəfindən müvafiq işlərin aparıldığını və uğurlu nəticələr əldə olunduğunu bildirib. O, ölkə rəhbərinin tapşırığı ilə sosial biznes ideyasının ölkəmizin mövcud reallıqları əsasında tətbiqi istiqamətində işlərin aparıldığını və yaxın zamanlarda bununla bağlı ölkədə müsbət nəticələrin əldə olunacağını diqqətə çatdırıb.

BAMF-ın prezidenti Umud Mirzəyev Məhəmməd Yunus və Yunus Mərkəzi ilə uzun müddətdən bəri davam edən dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb. O, M.Yunusun Azərbaycana səfəri zamanı ölkə rəhbəri ilə, bəzi rəsmilərlə görüşünün əhəmiyyətinə toxunub: "Məhəmməd Yunusun ölkəmizə səfərindən sonra cənab Prezidentin fikirləri, göstəriş və tapşırıqları sosial biznes ideyası ətrafında yeni təşəbbüs və yanaşmaların tətbiqini zəruri edib". U.Mirzəyev M.Yunusu insanları öz ideyalarına inanmağa sövq edən ideya generatoru adlandırıb. O, UNEC, Yunus Sosial Biznes Mərkəzi və BAMF arasında bağlanan üçtərəfli memorandum sayəsində bir müddətdir ki, sosial biznesin araşdırılması, akademik tədqiqatların aparılması sahəsində görülən işlərdən söz açıb.

 

ABAD direktoru Rüfət Elçiyev ABAD modelinin unikal cəhətlərinə toxunub. O, ABAD-ın bir model olaraq sosial təsiri, insanların sosial biznesə təşviqi istiqamətindəki rolu barədə konfrans iştirakçılarına məlumat verib.

 

UNEC-in Beynəlxalq Doktorantura və Magistratura Mərkəzinin direktoru, dosent Fariz Əhmədov sosial biznes və dünya təcrübəsindən bəhs edərək, konfrans iştirakçılarına maraqlı faktlar açıqlayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı sosial biznesin tətbiqində bazar araşdırmalarının əhəmiyyətinə toxunaraq, mikromaliyyənin effektinin artırılması istiqamətində işlərdən danışıb.

 

Ə.Muradov UNEC-də fəaliyyət göstərən Dijital Marketinq Mərkəzinin ixrac bazarlarının coğrafiyasını təhlil edərək, təklifləri təqdim edə biləcəyini bildirib. Yeni fəaliyyətə başlayan mərkəzin imkanlarından söz açan rektor , xarici bazarların internet vasitəsi ilə marketinqinin aparılmasında UNEC-in rəqabətdən kənarda olacağını diqqətə çatdırıb.

 

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev sosial biznesin inkişafında regionlarda icma əsaslı birliklərin formalaşdırılması və inkişaf etdirilməsi məsələsinə önəm verdiyini qeyd edib. O, bu icmaların maliyyə mənbələrinə çıxış əldə etmələrinin vacibliyini vurğulayıb.

 

Konfransda çıxış edən digər məruzəçilər də sosial biznesin əhəmiyyətini, sosial startapçılıq, sosial biznesdə insan faktoru, ixrac məsələlərinin gücləndirilməsi, iqtisadi etimadın formalaşması və.s məsələlərə toxunublar. Məruzəçilər bu ideyanın vətəndaş təşəbbüslərinin artırılması, təsərrüfat sahələrinin inkişafındakı roluna diqqət çəkiblər. Konfrans müzakirələrlə davam etdirilib.

 

Qeyd: Məhəmməd Yunusun sosial biznes ideyasının nailiyyətlərindən sonra, 1998-ci ildə artıq 58 ölkədə oxşar metodologiyalar istifadə olunmağa başlayıb. Məhəmməd Yunus konsepsiyasının əsası yoxsulluq olmayan dünya qurmaq idi. Bu konsepsiyanın mərkəzində milli iqtisadiyyatın inkişafında Ümum Daxili Məhsul məsələsi deyil, yoxsulların faydalanacağı nəzərdə tutulan təbii insan hüququ dayanır. Başqa sözlə desək konsepsiya iqtisadi inkişafı əhalinin aşağı təbəqəsinin adambaşına düşən gəlirləri ilə ölçməyi təklif edirdi. Beləliklə məhz İNSAN faktorunun real iqtisadi həyatdakı yerinin düzgün müəyyənləşdirilməsi sosial biznes konsepsiyanın uğur qazanmasında başlıca rol oynadı. Artıq onun təşəbbüsü ilə uzun illərdir ki, "Sosial Biznes Günü" və "Qlobal Sosial Biznes Sammiti" kimi böyük tədbirlər dünyanın tanınmış elm adamlarını, sahibkarları, dövlət xadimlərini, vətəndaş cəmiyyəti təmsilçilərini, gəncləri sosial biznesin uğurlu inkişaf üçün fikir mübadiləsi aparmaq, uğurlu təcrübələri öyrənmək ətrafında bir araya toplayır. Sosial biznes praktik olaraq Amerika, Fransa, Almaniya, Hollandiya, Çin, Malaziya və digər ölkələrin diqqət mərkəzindədir.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Moskva tarixinin ən isti payızını yaşayır
22.09.2018, 17:00

Moskva tarixinin ən isti payızını yaşayır

“Florens” qasırğasının vurduğu zərər hesablandı
22.09.2018, 16:40

“Florens” qasırğasının vurduğu zərər hesablandı

Türkiyədə "Google" milyon dollar cərimələndi
22.09.2018, 16:25

Türkiyədə "Google" milyon dollar cərimələndi

Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi
22.09.2018, 16:09

Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”
22.09.2018, 16:04

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”

Bakıda xuliqanlıq edən şəxs tutulub
22.09.2018, 15:53

Bakıda xuliqanlıq edən şəxs tutulub

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü
22.09.2018, 15:42

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü

İranda hərbi parada silahlı hücum – Ölənlər var - VİDEO+YENİLƏNİB
22.09.2018, 15:24

İranda hərbi parada silahlı hücum – Ölənlər var - VİDEO+YENİLƏNİB

Yenot hər kəsi qorxuya saldı - VİDEO
22.09.2018, 15:20

Yenot hər kəsi qorxuya saldı - VİDEO

Neftin qiyməti yenidən 100 dolları keçə bilər - PROQNOZ
22.09.2018, 15:11

Neftin qiyməti yenidən 100 dolları keçə bilər - PROQNOZ

Hadi Rəcəbli maltalı deputatları müşaiyət etdi
22.09.2018, 14:59

Hadi Rəcəbli maltalı deputatları müşaiyət etdi

Beyləqanda 196 ağac yandırıldı
22.09.2018, 14:49

Beyləqanda 196 ağac yandırıldı

Hatayda Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq
22.09.2018, 14:33

Hatayda Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Birincilər Dövlət Komitəsinə ekskursiya etdilər
22.09.2018, 14:26

Birincilər Dövlət Komitəsinə ekskursiya etdilər

Azərbaycanda orta aylıq əməkhaqqı 3,7% artıb
22.09.2018, 14:00

Azərbaycanda orta aylıq əməkhaqqı 3,7% artıb

Azərbaycan XİN-i: “Yuri Xaçaturov vəzifəsindən sui-istifadə edib”
22.09.2018, 13:47

Azərbaycan XİN-i: “Yuri Xaçaturov vəzifəsindən sui-istifadə edib”

Azərbaycan və Aİ arasında yeni saziş üçün danışıqların vaxtı AÇIQLANDI
22.09.2018, 13:35

Azərbaycan və Aİ arasında yeni saziş üçün danışıqların vaxtı AÇIQLANDI

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib
22.09.2018, 13:24

Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib

İrandan terror hücumuna görə ABŞ-a İTTİHAM 
22.09.2018, 13:17

İrandan terror hücumuna görə ABŞ-a İTTİHAM 

Astarada naringi bağlarında zərərvericilər məhv edilir
22.09.2018, 13:15

Astarada naringi bağlarında zərərvericilər məhv edilir

Ermənistan Minsk Qrupunun formatını dəyişmək istəmir
22.09.2018, 13:09

Ermənistan Minsk Qrupunun formatını dəyişmək istəmir

Sabah Bakıya yağış yağacaq – HAVA PROQNOZU
22.09.2018, 12:51

Sabah Bakıya yağış yağacaq – HAVA PROQNOZU

İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibinə başsağlığı verib
22.09.2018, 12:43

İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibinə başsağlığı verib

Bakı sakinini küçədə qarət edən dəstə tutuldu
22.09.2018, 12:33

Bakı sakinini küçədə qarət edən dəstə tutuldu

Neft bahalaşmaqda davam edir
22.09.2018, 12:22

Neft bahalaşmaqda davam edir

Ramiz Mehdiyev Bakı Kitab Mərkəzində
22.09.2018, 12:05

Ramiz Mehdiyev Bakı Kitab Mərkəzində

Bu il BMT Baş Assambleyasında Azərbaycanı kim təmsil edəcək?
22.09.2018, 11:52

Bu il BMT Baş Assambleyasında Azərbaycanı kim təmsil edəcək?

175 nömrəli avtobusla bağlı yaranmış qalmaqala aydınlıq gətirildi
22.09.2018, 11:49

175 nömrəli avtobusla bağlı yaranmış qalmaqala aydınlıq gətirildi

ABŞ-a qarşı casusluq etdi, 14 il iş kəsdilər
22.09.2018, 11:45

ABŞ-a qarşı casusluq etdi, 14 il iş kəsdilər

Mina partlayışı 8 uşağın həyatına son qoydu - FACİƏ
22.09.2018, 11:26

Mina partlayışı 8 uşağın həyatına son qoydu - FACİƏ

Nardaran sakinindən ov tüfəngi götürüldü
22.09.2018, 11:15

Nardaran sakinindən ov tüfəngi götürüldü

Azərbaycanda borca görə axtarılan 26 nəfər saxlanılıb
22.09.2018, 10:50

Azərbaycanda borca görə axtarılan 26 nəfər saxlanılıb

Ruhani Trampa Səddam Hüseynin taleyini xatırlatdı
22.09.2018, 10:38

Ruhani Trampa Səddam Hüseynin taleyini xatırlatdı

Tələbələri daşıyan avtobus qəzaya düşdü – Ölənlər var
22.09.2018, 10:23

Tələbələri daşıyan avtobus qəzaya düşdü – Ölənlər var

Dünyanı yeni ticarət müharibəsi gözləyir...
22.09.2018, 10:10

Dünyanı yeni ticarət müharibəsi gözləyir...

ARXİV