20 oktyabr 2017, Cümə
Ana Səhifə - GÜNDƏM - İlham Əliyev: “Bolqarıstan Azərbaycan üçün dost ölkədir”
İlham Əliyev: “Bolqarıstan Azərbaycan üçün dost ölkədir”
13.10.2017, 12:17

Bolqarıstan Azərbaycan üçün çox sıx tərəfdaşdır, dost ölkədir.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radevlə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə deyib.

 

Dövlətimizin başçısı qeyd edib: "Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Çox şadam ki, ölkəmizə səfərə gəlmisiniz. Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında qısa görüşümüz olub. Dəvəti qəbul edib Azərbaycana səfərə gəldiyinizə görə minnətdaram. Bu, ölkəmizə Sizin ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq.

 

Tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı bu gün artıq fikir mübadiləsi apardıq. Əminəm ki, bölüşdüyümüz ideyalar ölkələrimiz arasında daha geniş əməkdaşlığa yol açacaq. Siyasi və iqtisadi sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunuq. Lakin əminəm ki, iqtisadi sahədəki potensialımız bu gün mövcud olan potensialdan daha üstündür. Bu cür yaxşı siyasi münasibətlərə malik olmaqla yanaşı, biz ticarət, investisiya sahələrinə və digər sahələrə də diqqət yetirməliyik. Nəticədə tərəfdaşlığımız daha da genişlənəcək və şaxələnmiş olacaq".

 

Prezident İlham Əliyev bildirib ki, Bolqarıstan bizim üçün çox sıx tərəfdaşdır, dost ölkədir: "Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik. Səfəriniz bir daha göstərir ki, biz yaxın dostuq və əməkdaşlığımız uğurla davam edəcək.

 

Sizə Azərbaycanda xoş səfər arzulayıram. Bir daha ölkəmizə xoş gəlmisiniz".

 

Bolqarıstan prezidenti isə bildirib ki, Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır.

 

Bolqarıstan Prezidenti qeyd edib:

 

"Cənab Prezident, əvvəlcə, icazə verin dəvətə və gözəl ölkənizə səfər etmək imkanına görə nümayəndə heyətim adından Sizə təşəkkürümü bildirim.

 

Ölkələrimizin rəhbərliyi arasında müzakirələrin aparılması və dialoqun davam etdirilməsi üçün burada olmağımızdan şadıq. Hesab edirik, siyasi dialoqun intensivliyi göstərir ki, xalqlarımız və ölkələrimiz arasında çox yaxşı münasibətlər var. Bununla belə, Siz də qeyd etdiyiniz kimi, siyasi dialoqun səviyyəsi əməkdaşlığımızın bir çox digər sahələrdə inkişafı üçün yaxşı şərait yaradır. İndicə iqtisadi və enerji əməkdaşlığını, imkanlarını və potensialını müzakirə etdik. Biz Cənub Qaz Dəhlizinə dəstək veririk".

 

R.Radev bildirib ki, Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır:

 

"Buna görə, biz həmin layihəyə dəstəyimizi veririk. Daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensial var. Biz, həmçinin ölkələrimiz üçün vacib olan Bakı ilə Sofiya arasında birbaşa uçuşları müzakirə etdik. Əgər həmin hava xəttini aça bilsək, bütün digər sahələrin inkişafına töhfə vermiş olacağıq".

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycandan Rusiyaya aparılan 33 ton pomidor geri qaytarıldı
20.10.2017, 23:29

Azərbaycandan Rusiyaya aparılan 33 ton pomidor geri qaytarıldı

Ağsu məktəbliləri erkən evliliyin fəsadları ilə bağlı maarifləndiriləcək
20.10.2017, 23:19

Ağsu məktəbliləri erkən evliliyin fəsadları ilə bağlı maarifləndiriləcək

Bakıda Amerika təhsil sərgisi oldu - FOTO
20.10.2017, 23:06

Bakıda Amerika təhsil sərgisi oldu - FOTO

Şirin qazlı içkilər uşaqlarda sümük əriməsinə səbəb olur - VİDEO
20.10.2017, 22:46

Şirin qazlı içkilər uşaqlarda sümük əriməsinə səbəb olur - VİDEO

Şəmkirdəki qətlə qısqanclıq səbəb olub - Yenilənib
20.10.2017, 22:29

Şəmkirdəki qətlə qısqanclıq səbəb olub - Yenilənib

ATƏT Parlament Assamleyasının yeni prezidenti gürcü oldu
20.10.2017, 22:13

ATƏT Parlament Assamleyasının yeni prezidenti gürcü oldu

Əfqanıstandakı partlayışda ölənlərin sayı 59-a çatdı - Yenilənib
20.10.2017, 21:57

Əfqanıstandakı partlayışda ölənlərin sayı 59-a çatdı - Yenilənib

Rusiya helikopterləri terrorçuların bazasına endi
20.10.2017, 21:41

Rusiya helikopterləri terrorçuların bazasına endi

Borclu əvəzinə zaminin ölkədən çıxışına qadağa qoyuldu - VİDEO
20.10.2017, 21:25

Borclu əvəzinə zaminin ölkədən çıxışına qadağa qoyuldu - VİDEO

“Sən homoseksualsan...” - SSRİ rəssamlarının sərgisində XRUŞOVUN PARTLATDIĞI “BOMBA”
20.10.2017, 20:59

“Sən homoseksualsan...” - SSRİ rəssamlarının sərgisində XRUŞOVUN PARTLATDIĞI “BOMBA”

Əhvalınız xoş olacaq – ÇAYINIZA HİL ATIN
20.10.2017, 20:46

Əhvalınız xoş olacaq – ÇAYINIZA HİL ATIN

Xaçmazda məktəbli itkin düşüb
20.10.2017, 20:33

Xaçmazda məktəbli itkin düşüb

Ukraynada Azərbaycanın Müstəqillik Günü qeyd edildi - FOTOLAR
20.10.2017, 20:17

Ukraynada Azərbaycanın Müstəqillik Günü qeyd edildi - FOTOLAR

Silahlı insidentdə yaralanan soydaşımız süni tənəffüs aparatına qoşulub
20.10.2017, 19:51

Silahlı insidentdə yaralanan soydaşımız süni tənəffüs aparatına qoşulub

Yeni zenit-raket sistemlərinin döyüş hazırlığı yoxlanılıb
20.10.2017, 18:57

Yeni zenit-raket sistemlərinin döyüş hazırlığı yoxlanılıb

Gələn ildən abituriyentlər iki qrup üzrə qəbul imtahanı verə biləcək
20.10.2017, 18:45

Gələn ildən abituriyentlər iki qrup üzrə qəbul imtahanı verə biləcək

Ermənistan ordusu Qarabağda itki verdi
20.10.2017, 18:37

Ermənistan ordusu Qarabağda itki verdi

TANAP layihəsinə 500 milyon dollar kredit ayrıldı
20.10.2017, 18:22

TANAP layihəsinə 500 milyon dollar kredit ayrıldı

Moskvada ermənilərlə taciklər arasında kütləvi dava olub
20.10.2017, 18:11

Moskvada ermənilərlə taciklər arasında kütləvi dava olub

Bakıda Beynəlxalq Kulinariya günü qeyd olunub - FOTOLAR
20.10.2017, 18:05

Bakıda Beynəlxalq Kulinariya günü qeyd olunub - FOTOLAR

25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb
20.10.2017, 18:05

25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb

Azercell-dən “Hədsiz” İnternetlə və ilkin ödənişsiz iPhone8 əldə et!
20.10.2017, 17:56

Azercell-dən “Hədsiz” İnternetlə və ilkin ödənişsiz iPhone8 əldə et!

Sükan arxasında söhbət edənlər cərimələnəcək? - YOL POLİSİ MƏSƏLƏYƏ NÖQTƏ QOYDU
20.10.2017, 17:28

Sükan arxasında söhbət edənlər cərimələnəcək? - YOL POLİSİ MƏSƏLƏYƏ NÖQTƏ QOYDU

Mağazalardan silsilə oğurluq edən dəstə saxlanılıb
20.10.2017, 17:20

Mağazalardan silsilə oğurluq edən dəstə saxlanılıb

Manatın 3 günlük MƏZƏNNƏSİ
20.10.2017, 17:19

Manatın 3 günlük MƏZƏNNƏSİ

“Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsi yanlışdır - Əslində, necə olmalıdır? - Tarixçilərdən AÇIQLAMA   
20.10.2017, 17:05

“Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsi yanlışdır - Əslində, necə olmalıdır? - Tarixçilərdən AÇIQLAMA  

Mənzil gözləyən hərbi qulluqçulara ŞAD XƏBƏR   
20.10.2017, 16:57

Mənzil gözləyən hərbi qulluqçulara ŞAD XƏBƏR  

MTRŞ 11 quruma yayım liseynziyası verdi
20.10.2017, 16:55

MTRŞ 11 quruma yayım liseynziyası verdi

"Atletiko" - "Qarabağ" oyununun biletləri Bakıda da satılır   
20.10.2017, 16:44

"Atletiko" - "Qarabağ" oyununun biletləri Bakıda da satılır  

Şimali Koreya nüvə silahını ancaq ABŞ-a qarşı istifadə edəcək
20.10.2017, 16:44

Şimali Koreya nüvə silahını ancaq ABŞ-a qarşı istifadə edəcək

Ankarada Türkiyə-Makedoniya-Azərbaycan əlaqələri haqqında danışılıb   
20.10.2017, 16:27

Ankarada Türkiyə-Makedoniya-Azərbaycan əlaqələri haqqında danışılıb  

Patriarx Kirill İlham Əliyevə məktub göndərib
20.10.2017, 16:14

Patriarx Kirill İlham Əliyevə məktub göndərib

“Məscidləri dağıdan ölkə dost ola bilməz”
20.10.2017, 15:56

“Məscidləri dağıdan ölkə dost ola bilməz”

“Qarabağ
20.10.2017, 15:50

“Qarabağ" hakim səhvinə görə UEFA-ya şikayət edəcək? - AÇIQLAMA  

Vəkili İlqar Məmədova edilən təzyiqlərdən danışdı
20.10.2017, 15:48

Vəkili İlqar Məmədova edilən təzyiqlərdən danışdı

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.36%)
“Azərişıq”(26.8%)
“Azərsu”(10.7%)
“Azəristiliktəchizat”(2.92%)
Heç biri(54.1%)