Modern.az

Netanyahu İran məsələsində Trampa dəstək istədi

Netanyahu İran məsələsində Trampa dəstək istədi

Dünya

16 Oktyabr 2017, 00:46

"Beynəlxalq ictimaiyyət İran məsələsində ABŞ Prezidenti Donald Trampı dəstəkləməlidir". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, İran hələ də onlarla nüvə bombası əldə etmək imkanına sahibdir: “İranla imzalanan nüvə razılaşması heç nəyi dəyişməyib. İran bir neçə il sonra böyük nüvə arsenalına sahib olacaq. Nüvə razılaşması buna mane olmur, əksinə nüvənin zənginləşdirilməsi istiqamətində zəmanətli yol yaradılmasına imkan yaradır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır